Avtomobil ehtiyat hissələrini oğurlayaraq satan Masallı sakinləri saxlanılıblar
Masallı, 29 aprel, İlkin Adıyev, AZƏRTAC
Avtomobil ehtiyat hissələrini oğurlayaraq metal qəbulu məntəqəsinə satan Masallı sakinləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Masallı rayonu ərazisində yük avtomobillərinin ehtiyat hissələrinin satıldığı obyektin açıq ərazisindən dəyəri 1300 manat olan “KamAZ” markalı yük avtomobilinə aid ehtiyat hissələrinin oğurlanması ilə bağlı rayon Polis Şöbəsinə məlumat daxil olub. Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Anar Kərimov, Azər Cavadov və Ülvi Hüseynov müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı onların oğurladıqları ehtiyat hissələrini rayon ərazisindəki metal qəbulu məntəqələrindən birinə satdıqları müəyyən edilib. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [12:11]
Ucarda 1 tondan çox çətənə kolu məhv edilib
- 07.08.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [11:29]
Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib
- 07.08.2026 [11:18]
Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq
- 07.08.2026 [11:12]
Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]
İmişlidə traktorun altında qalan uşaq ölüb
- 06.08.2026 [23:50]