CƏMİYYƏT
Avtomobil oğurlamış qadın yaxalanmışdır
Bakı, 13 iyun (AZƏRTAC). Nizami rayonunun Q.Qarayev prospektindən Nurlan Vəliyevə məxsus “VAZ-2104” markalı avtomobil qaçırılmışdır.
Avtomaşın həmin gün M.Abbasov küçəsində əzilmiş vəziyyətdə aşkar olunmuşdur.
Rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış Zaqatala rayon sakini Mesed Abdullayeva yaxalanmışdır.
Ağdam rayon sakini Elşən Qəhramanova məxsus “VAZ-2106” markalı avtomobilin isə qaçırılmasına cəhd göstərilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hadisəni törətmiş Yevlax rayon sakini Aqşin Salmanov və paytaxt sakini Cavid Abdullayev Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışlar.
Hər iki faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.