Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avtoyuma məntəqələrində içməli su israfının azaldılması üçün nələr edilə bilər? - RƏYLƏR

Avtoyuma məntəqələrində içməli su israfının azaldılması üçün nələr edilə bilər? -  RƏYLƏR

Bakı, 25 noyabr, AZƏRTAC

BMT-nin hesablamalarına görə, dünyanın yarıdan çox hissəsi su çatışmazlığından əziyyət çəkir və həmin göstəricinin 2025-ci ilə qədər daha da artacağı proqnozlaşdırılır. Dünya əhalisinin 40 faizinin yaşadığı 80 ölkə su çatışmazlığı problemi ilə üz-üzədir. Hazırda davam edən qlobal istiləşmə və quraqlığın artması mövcud problemi daha da kəskinləşdirir. Son 150 ildə dünyada orta iqlim temperaturu 0,8-1,2 dərəcə artıb. Bu isə o deməkdir ki, təhlükənin miqyası getdikcə böyüyür. Beynəlxalq ekoloji və iqtisadi araşdırma mərkəzlərinin proqnozuna əsasən, Yer kürəsi əhalisini qlobal quraqlıq və kəskin su çatışmazlığı kimi böyük bir sınaq gözləyir. Hazırda ölkəmizin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu rəqəm 20-21 kubkilometrə qədər azalır.

Bütün bunlar Azərbaycanda da suya qənaət məsələsini aktual edir. Lakin ölkədə, xüsusən Bakı, Sumqayıt, Gəncə şəhərləri, eləcə də Abşeron rayonu ərazisində yerləşən avtoyuma məntəqələrində içməli sudan istifadə israfçılığa gətirib çıxarır.

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlama verən Milli Məclisin deputatı, Təbii sərvətlər, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, bu gün Azərbaycan çox azsulu ölkələr siyahısındadır. Qarşıda dünyada, o cümlədən də Azərbaycanda su resurslarının azalması gözlənilir. Doğrudur, Azərbaycan regionda çox azsulu ölkədir. Bizim ərazilərimizdə formalaşan suyun həcmi Ermənistan və Gürcüstandakından müvafiq olaraq 3 və 6 dəfə azdır. Toplanan suyun böyük həcmi isə transsərhəd çaylar hesabına formalaşır.

“Prezident İlham Əliyev vaxtında Taxtakörpü su anbarının tikilməsi ilə bağlı Sərəncam verdi. Taxtakörpü su anbarı olmasaydı, bu gün xüsusilə Bakı susuzluqdan çox əziyyət çəkərdi. Çox təəssüflər olsun ki, dövlətin vəsaiti hesabına, böyük və ağır iş şəraitində çəkilmiş həmin su anbarından istifadə edərək Bakıya çatdırılan su avtoyuma məntəqələrində, bəzən ağacların suvarılmasında bu və ya digər formada sərf olunur. Söhbət onun maliyyə tutumundan getmir. Su resurslarının özünün tükəndiyini nəzərə alsaq, bu, doğru yanaşma deyil. Təbii ki, bunu aradan qaldırmaq üçün yollar var. Birincisi, suyun özünün təkrar istehsalı ilə məşğul olmaq mümkündür. Avtoyuma məntəqələrində texniki sular istifadə edilə bilər. Texniki su, yağış suyunun yuyulması və suyun təmizlənməsi yolu ilə əldə edilə bilər. Bu kimi məsələlərə baxılmaqla sudan istifadənin düzgün tətbiq edilməsinə nail olmaq olar”, - deyə deputat əlavə edib.

İşğaldan azad olunmuş ərazilərimizdə formalaşan su resurslarının artıq bizim nəzarətimizdə olduğunu diqqətə çatdıran Sadiq Qurbanov deyib: “Biz oradan istifadə edirik. Sərsəng su anbarı artıq bir neçə rayonumuzun su təsərrüfatını yaxşılaşdıracaq. Həkəri çayı bizdə formalaşır. O, böyük sahələrin suvarılmasında, eyni zamanda, yaşıl iqtisadiyyatın formalaşmasında xüsusi rol oynayacaq. Amma bununla yanaşı, sudan doğru-düzgün istifadə edilməməsi gələcəkdə biz də problemlər yarada bilər. Prezident İlham Əliyev gələcəkdə yarana biləcək su qıtlığının Azərbaycana mənfi təsirinin olmaması üçün dəniz suyunun duzsuzlaşdırılması, eyni zamanda, Qəbələdə yeni su anbarının tikilməsi ilə bağlı da Sərəncam imzalayıb. Ona görə də vətəndaşlar da dövlətin apardığı siyasətə adekvat münasibət göstərməlidir. Bu münasibətin formalaşmasında isə əhalinin ekoloji məsələlərlə bağlı maarifləndirilməsi əsas rol oynayır. Hesab edirəm ki, bununla bağlı ciddi işlər görülməli, yağış suyunun yığılması məsələsinə baxılmalıdır. Həmçinin texniki su ilə içməli suyun qiyməti arasında fərq olmalıdır. Biz bunu dəfələrlə parlamentdə qaldırmışıq”.

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, su üzrə mütəxəssis Rövşən Abbasov AZƏRTAC-la bildirib ki, Bakıda və ölkənin digər iri şəhərlərində təmiz suya çıxışın getdikcə azalması baş verir. Bu, bir tərəfdən qlobal iqlim dəyişmələrinin təsiri, digər tərəfdən isə su israfının nəticəsidir.

“Çox təəssüflər olsun ki, belə bir vaxtda Bakının əksər avtoyuma məntəqələrində çox qiymətli içməli sudan istifadə olunur. Doğrudur, bu avtoyuma məntəqələri suyun ödənişini edirlər, amma bir şeyin ödənişini edib onu israf etmək heç də həmin məsələyə haqq qazandırmır. Ümumiyyətlə 150-200 litrə qədər su avtomobil yuyulmasında istifadə edilir. Bu tip yumalar zamanı suyun təxminən 50 faizə qədəri israf olunur. Daha müasir yuma metodlarından istifadə etməklə su istifadəsini azaltmaq olar. Eyni zamanda, hər bir avtoyuma məntəqəsi bir dəfə yox, bu sudan ən azı iki dəfə istifadə edə bilər. Yəni, ilkin olaraq çirklənən suyu kənarlaşdırmaq olar. Amma ikinci yumada istifadə olunan suyu yenidən maşınların yuyulmasına sərf etmək olar. Bu, həm bizim avtoyuma məntəqələrində su israfını, həm də kiçik sahibkarların aylıq xərclərinin azalmasına imkan verər”, - deyə mütəxəssis əlavə edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO