Avtoyuma məntəqəsindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs yaxalanıb
Bakı, 20 aprel, AZƏRTAC
Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə müraciət edən Bakı şəhər sakini M.Məmmədov aprelin 18-də rayon ərazisindəki avtoyuma məntəqələrinin birindən “BMW” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini R.Əhmədov aprelin 19-da A.Cəlilov küçəsində avtomobillə birgə polis əməkdaşları tərəfindən yaxalanıb.
Faktla bağlı araşdırma aparılır.