AZAL-dan yeni istiqamət: İyundan Şımkentə birbaşa uçuşlar başlayacaq
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirərək iyun ayından etibarən Bakıdan Şımkentə müntəzəm uçuşlara başlayacaq.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, Qazaxıstanın cənubunda yerləşən bu şəhərə ilk uçuş iyunun 28-də həyata keçiriləcək. Bakı-Şımkent-Bakı marşrutu üzrə uçuşlar həftədə üç dəfə – Bakıdan Şımkentə bazar ertəsi, çərşənbə və şənbə günləri, əks istiqamətdə isə çərşənbə axşamı, cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Şımkent turistləri unikal memarlıq abidələri, qədim məqbərələri və gözəl parkları ilə cəlb edir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:53]
Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib
- 10.08.2026 [17:45]
Azərbaycanda daha bir aqropark yaradılıb
- 10.08.2026 [17:30]
İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb
- 10.08.2026 [17:24]
Yeddi ayda Bakı Limanında 72 min TEU-dan çox konteyner aşırılıb
- 10.08.2026 [17:19]
Sənaye sektorunda 38,9 milyard manatlıq məhsul istehsal edilib
- 10.08.2026 [17:18]
Paytaxtda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
- 10.08.2026 [17:16]