Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZAL-ın təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması dünya mətbuatının gündəmindədir

Bakı, 28 dekabr, AZƏRTAC

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğraması dünya mediasının gündəmini zəbt edib.

AZƏRTAC xəbər verir ki, dünyanın nüfuzlu media orqanları hadisə ilə bağlı müxtəlif versiyalar irəli sürürlər.

Britaniya və dünya mediası, xüsusilə “BBC”, “Reuters”, “Sky News”, “The Telegraph” və “The Sun” dekabrın 25-də baş verən Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı xəbərlər yayımlayıb. Bu xəbərlərdə təyyarənin Rusiya hava müdafiə sistemləri tərəfindən vurulma ehtimalı vurğulanır.

“BBC”də Ağ Evin sözçüsü Con Kirbinin açıqlamalarına istinad edilib və ABŞ-ın ilkin göstəricilərə əsaslanaraq təyyarənin vurulmasında Rusiyanın məsuliyyət daşıya biləcəyini bildirib. Con Kirbi əlavə məlumat verməsə də, ABŞ-ın hadisənin araşdırılmasında kömək təklif etdiyini deyib.

Yüksəkrütbəli Ukrayna rəsmiləri “The Financial Times”a bildiriblər ki, Kiyev təyyarənin böyük ehtimalla Rusiyanın hava müdafiə sistemləri tərəfindən vurulduğunu düşünür. “The Financial Times” hava təhlükəsizliyi üzrə “Osprey” agentliyinin açıqlamalarına da yer verib: “Qəza yerindən əldə edilən videomateriallar və Rusiyanın cənub-qərbindəki hava məkanının təhlükəsizlik şəraiti ilə bağlı vəziyyət təyyarənin raket atəşi ilə vurulma ehtimalını göstərir”.

“The Financial Times”, həmçinin Qafqaz bölgəsində yüksəksəviyyəli rəsmiyə istinad edib. Qeyd olunub ki, sübutlar təyyarənin Qroznı ərazisində hava müdafiə sistemləri tərəfindən zədələndiyini göstərir.

“Reuters” dörd mənbəyə istinadən bildirib ki, ilkin araşdırmalar təyyarənin Rusiya hava müdafiə sistemi tərəfindən vurulduğunu deməyə əsas verir. Təyyarənin Qroznı yaxınlığında vurulduğu və rabitə sistemlərinin elektron müharibə vasitələri ilə iflic edildiyi qeyd olunur.

“The Telegraph” nəşri isə ABŞ sözçüsü Con Kirbinin mətbuat brifinqindəki ifadələrinə yer verib. Bildirilib ki, o, mövzu ilə bağlı ətraflı məlumat verməsə də, bu nəticəni dəstəkləyən ABŞ kəşfiyyat məlumatlarının olub-olmadığı sualına “bəli” cavabını verib.

“The Sun” qəza ilə bağlı bildirib ki, Azərbaycan hökumətinin ilkin araşdırması nəticəsində təyyarənin Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu müəyyən edilib.

“Heç kim bunun qəsdən edildiyini iddia etməsə də Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsini vurduğunu etiraf etməsini gözləyir”, - deyə “Daily Mail” mənbələrə istinadən öz xəbərində bildirib.

“Euronews” yazır ki, Azərbaycanın hökumət mənbələri qəzaya Rusiyanın yer-hava raketinin səbəb olduğunu təsdiqləyiblər. Mənbənin bildirdiyinə görə, raket Qroznı səmasında pilotsuz uçuş aparatlarına görə buraxılıb və uçuş zamanı təyyarənin yanında partladığından təyyarənin gövdəsinə və sərnişinlərə qəlpə dəyib.

Materialda, həmçinin qeyd olunur ki, sərnişinləri xilas etmək üçün sonadək çalışan təyyarənin pilotları qəhrəmanlar kimi qəbul edilir.

Fransanın “Les Echos” nəşri AZAL-ın informasiyasına əsasən yazır ki, qəza fiziki və texniki kənar müdaxilə nəticəsində baş verib. Eyni zamanda bildirilib ki, təyyarə qəzasına Rusiyanın hava hücumundan müdafiə raketlərinin və ya digər amillərin səbəb olub-olmadığını müəyyən etmək üçün araşdırma aparılır.

Beynəlxalq RFİ radiosunun yaydığı informasiyada isə vurğulanır ki, qəzaya uğramış təyyarənin görüntüləri hava gəmisinin raketlə vurulması fərziyyəsini irəli sürməyə imkan verir. Çünki təyyarə üzərindəki dəliklər raket zərbəsi üçün xarakterikdir.

Diqqətə çatdırılır ki, Azərbaycan tərəfi ilkin olaraq qəzaya səbəb kimi hava gəmisinin quşlarla toqquşduğu, Qazaxıstan tərəfi isə təyyarədə qaz balonunun partlaması versiyasını irəli sürmüşdü. Bildirilir ki, qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir.

“La Liberation” nəşri yazır ki, qəzanın Rusiya hava hücumundan müdafiə xətası nəticəsində baş verdiyi ehtimal edilir. Vurğulanır ki, qəzanın səbəbi hələ də müəmmalı olaraq qalmaqdadır. Təyyarənin görüntüləri yayılmağa başladıqdan sonra bir neçə hərbi aviasiya mütəxəssisi hava gəmisinin arxa hissəsində görünən dəliklərin zenit müdafiə sisteminin qəlpələri nəticəsində yarana biləcəyini təxmin ediblər.

Eyni zamanda qeyd olunur ki, qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər isə yaralanıb.

“Le Parisien” qəzeti isə yazır ki, ekspertlər və diplomatik mənbələr təyyarənin vurulmasına görə Rusiyanın hava hücumundan müdafiə sistemini günahlandırırlar.

Hava təhlükəsizliyi üzrə ekspert Mişel Polakko bildirir ki, bu qəzada zenit raketlərinin iştirakı artıq fərziyyə deyil. “Təyyarənin qalıqları üzərində olan izlər aydın görünür və şübhə altına alına bilməz: onlar yer-hava və ya dəniz-hava raketinin yaratdığı zədələrə uyğundur”, - deyə o izah edib. Deyib ki, zərbələr təyyarənin partlamasına səbəb olmasa da, onun idarəetmə vasitələrini zədələyib, bu da ekipajın təyyarənin idarə edilməsinə nəzarəti itirməsinə gətirib çıxarıb. Ekspert deyib ki, lakin bu, qəsdən edilməyib, çünki səbəbkar təyyarənin vurulmasında maraqlı olmayıb.

“France 24” telekanalı, “La Voix du Nord” portal, “L”Humanite”, “Le Monde” və digər nəşrləri də qəza ilə bağlı müxtəlif versiyalar irəli sürür, təyyarənin səhvən vurula biləcəyinə diqqət çəkiblər.

Təyyarənin qəzaya uğraması xəbəri və hadisənin səbəbləri ABŞ-ın bütün nüfuzlu nəşrlərində də geniş şəkildə işıqlandırılıb.

“Associated Press” təyyarənin Rusiya hava müdafiə sistemi tərəfindən vurulması ehtimalından yazıb, bu baxımdan Azərbaycanın nəqliyyat və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin ekspertlər və şahidlərin təhlilinə əsasən hava gəmisinin vurulması ehtimalına dair açıqlamasını qeyd edib. Həmçinin yazıda Ağ Evin milli təhlükəsizlik üzrə sözçüsü Con Kirbinin açıqlamasına da yer verilib.

Kirbi jurnalistlərə deyib ki, ABŞ bu təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ehtimalına işarə edən bəzi ilkin əlamətlər görüb. Lakin o, təhqiqatın davam etdiyini bildirərək ətraflı məlumat verməkdən imtina edib.

CNN-in yazısında vurğulanıb ki, təyyarənin qəzaya uğramasından sonrakı video və görüntülərində onun gövdəsində qəlpə izləri və hansısa partlayışdan əmələ gələn dəliklərin səbəbi hələlik təsdiqlənməyib.

“The New York Times” hadisə ilə bağlı xəbərində təyyarə qəzası şahidlərinin dediklərini geniş yer verib. Bildirilib ki, sərnişinlər əvvəlcə təyyarənin xaricində qəribə gurultu səsi eşidiblər, sonra təyyarə bələdçisinin qoluna güclü nəsə dəydiyini və qolunda kəsik yarandığını görüb. Yazıda qeyd olunur ki, “Azərbaycan Hava Yolları” təhqiqatın ilkin nəticələrinə əsasən təyyarənin fiziki və texniki kənar müdaxilələrə məruz qaldığını açıqlayıb.

ABŞ Milli İctimai Radiosu (NPR) qeyd edib ki, təyyarənin qalıqları üzərindəki görüntülər onun raket hücumuna məruz qaldığını göstərir. Keçmiş pilot və aviasiya eksperti Con Koks NPR-a açıqlamasında deyib ki, təyyarənin qəzaya uğramazdan əvvəl keçdiyi qeyri-sabit uçuş yolu ekipaj üzvlərinin təyyarəni idarə etmək üçün mübarizə apardığını və məhdud nəzarətə malik olduğunu göstərir. Onun sözlərinə görə bu, təyyarənin quyruq hissəsində yaranmış dəliklərlə birlikdə təyyarənin yaxınlığında zenit raketinin partlaması ehtimalına işarə edir.

“CBS News” yazır ki, Qazaxıstan, Azərbaycan və Rusiya hadisədən sonra qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayıb, lakin iki gün sonra Rusiya ən çox diqqət çəkən suallarla üzləşib. Qeyd olunur ki, açıqlamalarda rəsmi “Kreml” insanları tələsik nəticə çıxarmamağa çağırıb.

Lakin ABŞ rəsmisi “CBS News”a bildirib ki, Ukrayna və Rusiya qüvvələrinin aylardır qarşılıqlı olaraq pilotsuz uçuş aparatı və raket atəşi ilə atəş açdığı bölgədə Rusiya zenit sisteminin təyyarəni vurmuş ola biləcəyinə dair ilkin əlamətlər var.

“Bloomberg” isə yazır ki, təyyarə qəzasından Azərbaycanın paytaxtı Bakıdan Rusiyanın Qroznıya sərnişin daşımaq məqsədi daşıyan reysinin fiziki və texniki kənar müdaxilələr səbəbindən qəzaya uğramasından sonra “Azərbaycan Hava Yolları” Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırıb. Sayt təyyarənin müxtəlif raket hücumu nəticəsində vurulması versiyasının daha da gücləndiyini qeyd edib.

“Washington Post”, “ABC News”, “Newsweek”, “Sky news”, “MSNBC News”, “Financial Times”, “Fox News” və digər saytlarda son 3 gün ərzində dərc olunmuş yazılarda qəzanın başvermə səbəbləri, ekspertlərin və rəsmilərin bəyanatları, şahidlərin yaşadıqlarına dair açıqlamalarına yer verilib.

Rusiyanın “Veçernaya Moskva”, “Vedomosti”, “News.ru”, “Komsomolskaya Pravda”, “Lenta.ru”, “The Moscow times” nəşrləri, “İnterfaks”, “TASS”, “RİA Novosti” agentlikləri, “Birinci kanal”, “Rossiya 1” telekanalları Aktaura qəzaya uğrayan “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus “Embraer 190” təyyarəsinə kənar müdaxilə olması barədə xəbərlər yayıblar. Məlumatlarda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə istinadla bildirilir ki, qəzadan dərhal sonra Prezident İlham Əliyevin tapşırığına əsasən müvafiq komissiya yaradılıb. Vurğulanıb ki, təyyarəyə kənar müdaxilənin hansı növ silahdan olduğu, təyyarəyə enişə icazənin verilib-verilməməsi, pilotun qəza enişini hansı məqsədlə etməsi, GPS-in söndürülməsi kimi məsələlər istintaq tərəfindən müəyyənləşdirəcək. Xəbərlərdə Azərbaycan pilotlarının peşəkarlığı nəticəsində daha çox sərnişinin həyatının xilas edilməsi də xüsusi vurğulanıb.

Bir sıra nəşrlər Azərbaycanın təyyarə qəzasından sonra Çeçenistan hakimiyyətinin yardımından imtina etməsinə, Azərbaycanın AZAL təyyarəsinin vurulması və Rusiya tərəfindən üzrxahlıq gözləməsinə də diqqət çəkiblər.

Ərəbdilli mediada təyyarə qəzasını diqqət mərkəzində saxlayıb. “Əl-Xəlic” saytı, “Sky news arabia tv”, “əl-Cəzirə tv”, “əl-Vatan” qəzeti, “əl-Qahira news tv”, “əl-Yaum əs-Sabi”, “əş-Şarq əl-Avsət”, “əş-Şarq”, “əl-Ğad tv”, “Hespress”, “əl-Əhram”, “əş-Şuruq” və digər media orqanlarında hadisə ilə bağlı silsilə materiallar dərc edilib.

“Argaam” portalı yazır ki, təyyarə qəzasından sonra Azərbaycan və Qazaxıstan Rusiyaya bəzi uçuşları dayandırıb. Qeyd edilib ki, Bakıdan Qroznıya uçan və qəzaya uğrayan təyyarənin gövdəsində zenit sistemlərinin atəşinə uyğun çoxlu dəliklər aşkarlanıb.

“Elbalad.news” saytının yaydığı xəbərdə bildirilir ki, hadisənin araşdırılması məşğul olan Azərbaycan tərəfinin gəldiyi ilkin qənaətə görə, təyyarə kənar müdaxilə nəticəsində qəzaya uğrayıb. Bildirilib ki, Qroznıya yaxınlaşan təyyarənin rabitə sistemi döyüş sistemləri tərəfindən iflic olub. Mənbə bunun qəsdən edildiyini iddia etmir.

Qazaxıstanın Baş nazirinin müavini Qazaxıstan Baş nazirin müavini Kanat Bozumbayev Rusiya hava hücumundan müdafiə qüvvələrinin təyyarəni vurması ilə bağlı fərziyyəni nə təsdiq, nə də təkzib edib.

Qazaxıstanın nəqliyyat prokuroru isə bildirib ki, istintaq hələlik qəti nəticəyə gəlməyib.

Rusiyanın hava hücumundan müdafiə vasitələrinin təyyarəni atəşə tutması ilə bağlı suala cavabında Kremlin sözçüsü Dmitri Peskov deyib ki, hazırda araşdırma aparılır. Bu araşdırmanın sonunu gözləmək lazımdır. Araşdırmanın nəticələrindən əvvəl hər hansı fərziyyə irəli sürmək düzgün olmazdı”.

Avstriya Teleradiosunun (ORF) rəsmi internet səhifəsi, aparıcı gündəlik qəzetlər (“Die Presse”, “Kurier”, “Der Standard”, “Kleine Zeitung”) və digər media orqanları qəzanın səbəblərinə dair bir sıra ilkin versiyaların artıq keçərsiz olduğu, açıq mənbələrdəki məlumat və videolar, şahid ifadələri və digər dəlil-sübutların kənar müdaxilə üzərində dayanmağı tələb etdiyini yazırlar.

Qeyd edilir ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev MDB ölkələrinin qeyri-rəsmi toplantısına səfərini təxirə salaraq ölkəyə dönüb, qəzanın səbəblərinin araşdırılması üçün təxirəsalınmaz addımların atılması üçün göstərişlər verib, ölkədə matəm elan edilib.

Məqalələrdə, həmçinin yerli müdafiə və hava nəqliyyatı ekspertlərinin qəzanın səbəb və nəticələrinə dair rəylərinə yer verilib, Azərbaycan pilotlarının qəhrəmanlığından söz açılıb.

Ukraynanın “Ukrinform”, “UNIAN”, “RBC-Ukrayna”, “İnterfaks-Ukrayna”, “Korrespondent”, “Yevropoyskaya Pravda”, “Gordon” və digər informasiya agentlikləri, xəbər portallarında dərc olunan materiallarda sərnişin təyyarəsinin kənar müdaxilə nəticəsində qəzaya uğradığı qeyd olunur. Məqalələrdə sərnişin təyyarəsinin hava hücumundan müdafiə sistemi ilə vurulmasına dair ukraynalı ekspertlərin fikirləri yer alıb.

Vurğulanıb ki, təyyarənin enmə trayektoriyası, onun qalıqlarının vəziyyəti, şahidlərin ifadələri və qəzanın xronoloji ardıcıllığı bunu deməyə əsas verir.

Yazılarda Azərbaycan pilotlarının qəhrəmanlıq nümayiş etdirdikləri və daha çox sayda insanın həlak olmasının qarşısını aldıqları, qəza vəziyyəti zamanı təyyarə bələdçilərinin peşəkar və sayıq davrandıqları qeyd olunur.

Rumıniyanın “AGERPRES” milli xəbər agentliyi, “MediaFax” özəl xəbər agentliyi, “Pro Tv”, “Digi24 Tv” və “Realitatea TV” televiziya kanalları, “G4media.ro”, “Profit.ro”, “Adevarul”, “Evenimentul Zilei”, “Primanews”, “Forbes”, “Capital” və digər nəşrlərdə yayımlanan materiallarda sərnişin təyyarəsinin kənar müdaxilə nəticəsində qəzaya uğradığı qeyd olunur. Yazılarda Azərbaycan pilotlarının qəhrəmanlıq göstərdikləri, daha çox insanın həlak olmasının qarşısını aldıqları diqqətə çatdırılıb.

“Azərbaycan Hava Yolları” QSC-yə aid sərnişin təyyarəsinin qəzaya uğraması barədə xəbərlər ilk dəqiqələrdən alman mediasının diqqət mərkəzində olub.

Almaniyanın “Bild”, “Spiegel”, “Zeit” “Welt”, “Ster”, “ZDF”, “Tagesschau”, “Deutsche Welle” və digər nüfuzlu media orqanları dəhşətli hadisə və onun başvermə səbəbləri ilə bağlı açıqlanan hər yeni təfərrüatı operativ qaydada oxuculara çatdırıb.

Xəbərlərdə təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı araşdırmaların davam etdirildiyi qeyd olunsa da, bəzi nüfuzlu xarici media qurumlarına və hərbi ekspertlərə istinadla hava gəmisinin Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulması ehtimalı da xüsusi vurğulanıb. Qeyd olunub ki, hadisə şahidləri və təhqiqatla tanış olan insanlar təyyarədən bayırda partlayış səslərinin eşidildiyini bildiriblər. Təyyarənin quyruq hissəsində zenit silahlarının qəlpələrinin açdığı dəliklərə bənzəyən zədələrin fotolardan aydın şəkildə göründüyü bildirilib.

Almaniyanın nüfuzlu “Zeit” qəzetində yayımlanan geniş məqalədə bildirilib ki, təyyarənin qəzaya uğraması ilə bağlı bir neçə ehtimal səsləndirilsə də, qəza ilə bağlı fotoların yayımlanmasından sonra şübhələr artmağa başlayıb. Fotoşəkillərdə təyyarənin qanad və quyruq hissələrində dəliklərin olduğu görünür. Onlar zenit raketlərinin parçalanmış hissələrinin vura biləcəyi zərərə bənzəyir. Buna parçalanmış döyüş başlıqları olan raketlər atan “Pantsir” zenit sistemi səbəb ola bilər.

Qeyd edək ki, təyyarə qəzası və hadisənin başvermə səbəbləri ilə bağlı mülahizələr müxtəlif ölkələrin mətbuatında əsas müzakirə mövzularından biri olaraq qalmaqdadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar