Azərbaycan- Özbəkistan QHT-lərinin forumu bədii hissə ilə yekunlaşıb
Füzuli, 27 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərdə ilk dəfə keçirilən Azərbaycan və Özbəkistan QHT-lərinin forumu bədii hissə ilə yekunlaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzulidə forumun yekun hissəsində təşkil olunan konsert proqramında Azərbaycanın tanınmış sənət adamları xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri ifa ediblər. Həmçinin milli rəqslər nümayiş olunub.
Bədii hissə iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Daha sonra Özbəkistan-Azərbaycan milli şirniyyatları ilə çay süfrəsi təşkil edilib.