AZƏRBAYCAN AKROBATLARI BEYNƏLXALQ TURNİRDƏ 2 QIZIL, GÜMÜŞ VƏ BÜRÜNC MEDAL QAZANMIŞLAR
Azərbaycan akrobatları Rusiyada keçirilən beynəlxalq turnirdə 2 qızıl, gümüş və bürünc medal qazanmışlar.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ustaların proqramında çıxış edənlər xüsusilə fərqlənmişlər. Ayla Əhmədova və Dilarə Sultanova cütlüyü 84.125 balla fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
İranə Həşimi, Könül Fərəcova-Xoşnamaz və Nailə Tauçyolovadan ibarət üçlük bütün rəqiblərini geridə qoymuşdur. Hakimlər onlara 81.732 bal vermişlər.
Afaq Məhərrəmova və Pərizad Quliyevadan ibarət daha bir cütlük idman ustalığına namizədlərin proqramında yarışmışdır. Onlar rusiyalılardan sonra ikinci yeri tutmuşlar.
Faiq Sultanov və Tamara Babakişiyevadan ibarət qarışıq cütlük isə Rusiya akrobatlarından sonra üçüncü yeri tutmuşdur.
Hakimlər heyətində təmsil olunan Azərbaycan yığmasının məşqçisi İradə Qurbanova demişdir ki, idmançılarımız yaxşı çıxış etmişlər. Bu həm də onların bəzilərinin ilk yarışıdır. Növbəti beynəlxalq turnir isə noyabrın axırında Minskdə keçiriləcəkdir.
İdman gimnastları gələn ayın əvvəlində Moskvaya təlim-məşq toplanışlarına yola düşəcəklər. Azərbaycan yığmasının üzvləri Teymur Şahlamazov, Şakir Şirəliyev, Ruslan Balakişiyev və Elvin Ağadədəyev Rusiyanın gənclərdən ibarət komandası ilə birlikdə məşq edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]
Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır
- 07.10.2026 [08:18]
Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb
- 07.10.2026 [03:17]
Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil
- 07.10.2026 [01:41]
İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb
- 06.10.2026 [22:46]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
- 06.10.2026 [23:47]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [22:46]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [21:45]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [20:59]
QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb
- 06.10.2026 [20:37]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [20:00]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [19:12]
Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?
- 06.10.2026 [18:57]
Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib
- 06.10.2026 [18:31]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:29]
Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək
- 06.10.2026 [18:29]
Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
- 06.10.2026 [18:28]
Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu
- 06.10.2026 [18:17]
Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib
- 06.10.2026 [18:16]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [18:15]
Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir
- 06.10.2026 [18:10]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [18:09]
Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb
- 06.10.2026 [18:02]
“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq
- 06.10.2026 [18:00]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:58]