Azərbaycan-Amerika Alyansının Xocalı soyqırımı ilə bağlı ictimaiyyətin məlumatlandırılması kampaniyası davam edir
Bakı, 22 fevral (AZƏRTAC). Azərbaycan-Amerika Alyansının Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı qırğını ilə bağlı ictimaiyyətin məlumatlandırılması kampaniyası davam edir. Xəbər verdiyimiz kimi, Vaşinqtonda və Nyu-Yorkda, metroda, avtobus dayanacaqlarında və Tayms-skver prospektində elektron lövhələrdə reklamlar və Xocalıdakı faciə haqqında başlıqlar olan yazılar quraşdırılmışdır.
Kampaniya bir neçə həftə davam edəcək və milyonlarla amerikalı “Xocalı” adını yadda saxlayacaqdır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton