AZƏRBAYCAN BƏHREYNDƏ KEÇİRİLƏCƏK BEYNƏLXALQ TURİZM SƏRGİSİNDƏ TƏMSİL OLUNACAQDIR
Bakı, 25 aprel (AZƏRTAC). Mayın 13-dən 15-dək Bəhreyn Krallığının Manama şəhərində “BİTE-2010” beynəlxalq turizm sərgisi keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyindən bildirmişlər ki, bu sərgidə Azərbaycanın turizm potensialının nümayişi üçün 60 kvadratmetrlik sahə icarəyə götürülmüşdür. “BİTE-2010” sərgisində ölkəmizi nazirliyin turizm şöbəsinin əməkdaşları təmsil edəcəklər.
Sərgidə Azərbaycanın gözəl guşələri, mehmanxana-turizm obyektləri, tarixi memarlıq abidələri xüsusi reklam - çap məhsulları vasitəsilə iştirakçılara təqdim olunacaqdır.
Azərbaycan bu beynəlxalq turizm sərgisində artıq 3-cü dəfədir ki, iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.10.2026 [16:33]
Azərbaycan ICOMOS-un 23-cü Baş Assambleyasına ev sahibliyi edəcək
- 22.10.2026 [15:05]
Azərbaycanın qolf turizmi imkanları Fransada təbliğ olunub
- 22.10.2026 [11:36]
Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutları təqdim olunub
- 22.10.2026 [11:04]
Stokholmda Böyük İpək Yolunun turizm imkanları təqdim edilib VİDEO
- 21.10.2026 [18:19]
Şəkidə mediatur: Kiş Alban məbədi, kəlağayı sənəti və Şəki pitisi
- 21.10.2026 [16:06]