AZƏRBAYCAN BƏHREYNDƏ KEÇİRİLƏCƏK BEYNƏLXALQ TURİZM SƏRGİSİNDƏ TƏMSİL OLUNACAQDIR
Bakı, 26 aprel (AZƏRTAC). Mayın 13-dən 15-dək Bəhreyn Krallığının Manama şəhərində “BİTE-2010” beynəlxalq turizm sərgisi keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyindən bildirmişlər ki, bu sərgidə Azərbaycanın turizm potensialının nümayişi üçün 60 kvadratmetrlik sahə icarəyə götürülmüşdür. “BİTE-2010” sərgisində ölkəmizi nazirliyin turizm şöbəsinin əməkdaşları təmsil edəcəklər.
Sərgidə Azərbaycanın gözəl guşələri, mehmanxana-turizm obyektləri, tarixi memarlıq abidələri xüsusi reklam-çap məhsulları vasitəsilə iştirakçılara təqdim olunacaqdır.
Azərbaycan bu beynəlxalq turizm sərgisində artıq 3-cü dəfədir ki, iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]