AZƏRBAYCAN BEYNƏLXALQ BANKI NİZAMNAMƏ KAPİTALINI ARTIRMIŞDIR
Azərbaycan Beynəlxalq Bankının səhmdarlar şurası nizamnamə kapitalının 200 milyon manatadək artırılması barədə qərar qəbul etmişdir. Bu barədə AZƏRTAC-a bankın mətbuat xidmətindən məlumat vermişlər.
Səhmlərin emissiya prospekti Azərbaycan Respublikası Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır.
Emissiya prospekti bankın baş ofisində saxlanılır.