Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan bütün dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmətlə yanaşır

Azərbaycan bütün dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmətlə yanaşır

Moskva, 21 yanvar, AZƏRTAC

Rusiyanın “Moskovski komsomolets” nəşrində Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundovun “Azərbaycan bütün dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmətlə yanaşır” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC həmin məqaləni təqdim edir.

X X X

Üçtərəfli bəyanatın imzalanmasından sonra həm Rusiya mətbuatının, həm Rusiya oxucu auditoriyasının Azərbaycan və Ermənistan arasındakı vəziyyətə marağı tamamilə aydındır. Bununla belə, Marina Perevozkinanın “Evin yarısını erməniyə saxlayır, yarısını əlindən alırlar”: azərbaycanlıları sərhədboyu işğalda təqsirləndirirlər” və “Ermənistan “türk çuvalı”ndan qorxdu” sərlövhəli məqalələrində sərhədin yalnız erməni tərəfinin mövqeyi misal çəkildiyi üçün əslində nələrin baş verməsinə aydınlıq gətirək və bunu izah etməyə çalışaq.

Ardıcıllıqla danışacağıq. “Evin yarısını erməniyə saxlayır, yarısını əlindən alırlar”: azərbaycanlıları sərhədboyu işğalda təqsirləndirirlər” sərlövhəli birinci məqalədə söhbət Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası prosesindən gedir. “Moskovski komsomolets”in müxbirinin həmsöhbəti - Ermənistanın sərhəd qoşunlarının sabiq komandanı Levon Stepanyan müasir dünya üçün maraqlı və təhlükəli arqumenti misal gətirir: “Ermənilər həmişə bu sərhəddən narazı idilər”. O, daha sonra danışır ki, indi “onların hərbçiləri (azərbaycanlılar - F.A.) bizim orada qoşunlarımızın olmadığını, yalnız sadə kəndlilərin olduğunu bilərək həyasızcasına Ermənistan ərazisinə keçir, bununla da sovet sərhədlərini pozaraq, oraya öz bayraqlarını sancır, özlərinin GPS cihazlarını açaraq deyirlər ki, bura onların torpağıdır və “Azərbaycana xoş gəlmisiniz” lövhələri qoyurlar. Onlar GPS üzrə sərhədləri müəyyən edirlər, bu cihaz, bir qayda olaraq həmişə Azərbaycanın xeyrinə işləyir, nəticədə Ermənistan çox böyük ərazilərini itirir”.

Beləliklə, “Moskovski komsomolets” oxucularını da, cənab Stepanyanın özünü də məlumatlandırmaq istərdim: biz də mövcud sərhəddən narazıyıq. Dəqiq desək, XX əsrin iyirminci illərində Azərbaycanın əzəli torpaqları olan Zəngəzur qanunsuz şəkildə Ermənistana verilib və ölkəmizin ərazisini iki yerə bölərək, Naxçıvanı Azərbaycanın digər ərazilərindən təcrid ediblər. Lakin Azərbaycan dünya arenasında dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağın tərəfdarı kimi ardıcıl çıxış edir. Bu isə qarşılıqlı prosesdir. Sərhədləri bəyənib-bəyənməməkdən asılı olmayaraq. Dünya tarixi sərhədləri güc hesabına “düzəltməyi” arzulayan siyasətçilərin öz xalqlarını hansı bəlalara sürüklədiyi barədə xeyli nümunələr qoruyub saxlayıb.

Ən əsası odur ki, nə üçün bu mərdimazar GPS cihazlarının “bir qayda olaraq Azərbaycanın xeyrinə işləməsinə” aydınlıq gətirək. Doğrusu, bu barədə Stepanyan özü də danışır: “Sovet dövründə bu, inzibati sərhəd idi, sonra o, tamamilə formal oldu, belə ki, ətrafdakı ərazilər bizim nəzarətimiz altında idi”.

Burada nə qədər sərt və həyasızcasına səslənsə də, bu torpaqların və evlərin tarixi barədə soruşmaq lazımdır.

Xatırladaq ki, 1992-1994-cü illərdə Ermənistan sərhədləri, beynəlxalq hüququ və sivil əxlaq normalarını dünya arenasında pozaraq, Azərbaycan ərazilərinin 20 faizini, o cümlədən keçmiş DQMV və Ermənistan arasında yerləşən Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarını işğal etmişdi.

Nəticədə, keçmiş sovet sərhədinin bir tərəfində Ermənistan torpaqları, digər tərəfində Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları yerləşirdi. Xatırladaq ki, bu rayonlarda praktik olaraq erməni əhalisi yox idi. Azərbaycanlılar isə işğal nəticəsində amansız “etnik təmizləmə”yə məruz qaldılar. İnsanlar qarlı aşırımlardan, sözün həqiqi mənasında, ayaqyalın qaçırdılar, onlarca dinc sakin hələ də itkin düşmüş hesab edilir, onlar, sadəcə, dağlarda soyuqdan donublar.

Nəticədə, erməni tərəfdən sərhədlə bağlı narahatlıq keçirmədilər - onlar nəinki torpağı şumlayıb, Ermənistan əhalisinin dolanması üçün tələb olunan məhsulun yarısını yığır, Vejnəli və Söyüdlü yataqlarında qızıl hasil edir, həm də evlər tikir və sərhədboyu kəndlərə yollar çəkirdilər... İndi isə, Ermənistan müharibəni uduzduqdan, işğal edilmiş ərazilərdən güc hesabına çıxarılmağa məcbur edildikdən sonra sərhədlərin hərənin ürəyinin istədiyi kimi deyil, xəritədə qeyd olduğu kimi çəkilməsi vaxtı gəlib çatıb. GPS cihazları daha əvvəl işğal olunan sahələrdə sözsüz ki, təkcə Azərbaycanın xeyrinə deyil, həm də bu sərhədləri tanıyan Birləşmiş Millətlər Təşkilatının xeyrinə göstərir. Sərhədlərin GPS üzrə, yaxud köhnə qayda ilə - ensiz taxta və teodolitlə çəkilməsindən asılı olmayaraq, bu, belə olacaq.

Əlbəttə, bu, hər şeydən əvvəl, bu gün evləri və bağları “düşmənə qalmamaqdan ötrü” od vurub yandıran sərhədyanı sakinlərin özləri üçün ağrılı prosesdir. Bəs indiki ev yiyələri orada nə vaxtdan yerləşib? Bəs daha əvvəl orada yaşayanların aqibəti necə olub? Bu, xoşagəlməz suallardır, bu suallara cavab vermədən hazırda sərhədboyu rayonlarda nə baş verdiyini başa düşmək olmur.

“Ermənistan “türk çuvalı”ndan qorxdu” məqaləsindəki “qaranlıq yerlər”ə eynilə aydınlıq gətirmək vacibdir. Həmin məqalədə Marina Perevozkinanın həmsöhbəti - Ermənistanın Demokratik partiyasının sədri Aram Sarkisyan kommunikasiyaların açılması kimi humanitar addımın Ermənistanda nə üçün “birmənalı” qarşılanmadığını şərh edərək deyir: “Vəd etmək (Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Azərbaycan ərazisi vasitəsilə Rusiyaya tranzit alacağı barədə vədi - F.A.) və reallıq ayrı-ayrı məsələlərdir. Hətta sovet vaxtı Ermənistandan gəlib Naxçıvandan keçən qatarlara daş atırdılar, qatarlar şüşələri sınmış vəziyyətdə gəlirdilər. Eyni hal Azərbaycanda da baş verirdi. Hətta Ermənistanda zəlzələ zamanı, oraya humanitar yüklər gedən zaman bu, belə idi”. Ümumiyyətlə, sanki “bizim tarixi yaddaşımız türklərin sözünə inanmağa imkan vermir”.

Almanların və fransızların özlərinin qan yaddaşı ilə necə rəftar edərək, Yelisey sazişi bağlamalarından və SSRİ-nin ən iri xarici ticarət tərəfdaşı olan AFR-lə necə hərəkət etməsi barədə istehzalı suallar verməyəcəyik. Dünyada belə misallardan çox çəkmək olar və müharibələr sonda məhz onların sayəsində başa çatır.

Cənab Sarkisyanın söhbətində “Hətta sovet vaxtı Ermənistandan gəlib Naxçıvandan keçən qatarlara daş atırdılar, qatarlar şüşələri sınmış vəziyyətdə gəlirdilər” hissəsinə diqqət yetirək. O, xırda detal barədə susur: bu hadisə Ermənistan ərazisində baş verirdi!

Bütün işlərin səbəbi Cənubi Qafqazın “dəmir yolu coğrafiyasındadır”. Azərbaycandan Naxçıvana dəmir yolu Ermənistan ərazisindən, 46 kilometr uzunluğunda “Mehri sahəsi” (Mehri stansiyasının adı ilə bağlı) adlanan ərazidən keçirdi. Bununla belə, bu sahə Ermənistan ərazisində yerləşsə də, Azərbaycan dəmir yollarına mənsub idi. Qarabağda münaqişənin əvvəlində erməni ifrat millətçiləri məhz orada qatarları daş-qalaq edirdilər. Artıq 1989-cu ildə Naxçıvan MSSR tam blokadaya alınmışdı. Gülünc vəziyyət yaranmışdı: SSRİ yollar naziri Nikolay Semyonoviç Konarev 24 saat fasilə ilə “Vremya” proqramına iki dəfə müsahibə vermişdi.

Əvvəlcə yoldaş Konarev bəyan etmişdi ki, qatarlar Azərbaycan dəmir yollarında daş-qalaq edilir, lakin Bakıda gözlənilən hiddətdən sonra o, növbəti müsahibəsini verdi. Dəmir yolunun Azərbaycana məxsus olduğunu, lakin Ermənistan ərazisi ilə keçdiyini izah etdi. İndi isə cənab Sarkisyan eynilə bu cür nağıllar danışır.

Onu da xatırladaq: Ermənistan və Azərbaycan arasında davam edən münaqişənin bütün 30 ili ərzində Yerevanda 1988-ci ildə olduğu kimi “blokada”dan şikayət edirdilər. Halbuki, dəmir yollarının “açarları” həmin dəmir yollarının 150 kilometrini işğal etmiş Ermənistanın özündə idi. Sərhədləri tanımaq və qoşunları özgə, yəni işğal edilmiş Azərbaycan torpaqlarından çıxarmaq kifayət idi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də bunu tələb edirdi. Lakin Ermənistan könüllü şəkildə bunu etmədi.

Bununla belə, bu gün İkinci Qarabağ müharibəsindən sonra, Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanat regionun bütün ölkələrinə kommunikasiyaları blokadadan çıxarmaq, sözün həm məcazi, həm də həqiqi mənasında yeni yollar açmaq fürsəti verir. Ermənistanın Suxumi vasitəsilə dəmir yolu açmağa nail olmasına, yeni “istiqamətlər” qurmaq və öz logistik problemlərinin həlli yollarını axtarmağına heç kəs qadağa qoymur.

Lakin bunu yadda saxlamaq vacibdir: nə yaxşı ki, yaxud da təəssüf ki, ölkələr öz ünvanlarını dəyişmir. Kiminsə xoşuna gəlsə də, gəlməsə də Ermənistan Azərbaycan və Türkiyə ilə sərhəddə yerləşir. Belə vəziyyətdə Ermənistanda “şlaqbaumu endirmək” və izolyasiyada qalmağı arzulayan, “türk çuvalı” və s. barədə mühakimələr yürüdənlərin mövcudluğu, sadəcə olaraq, şok təsiri bağışlayır. Çünki əslində, bu gün Ermənistanın özünün olduğu “çuval”ın ağzı içəridən bütün qonşuları ilə olan sərhədlərdən hələ də xoşu gəlməyən kəslər tərəfindən dartılıb bağlanır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar