Azərbaycan çempionatında bir mövsümə 76 qol vuran bombardir Serbiyada klubunu dəyişib
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycanın U-17 millisinin və Serbiyanın "Srvena Zvezda" klubunun futbolçusu İslam Həsənov klubunu dəyişib.
AZƏRTAC xəbər verir ki, bu barədə serbiyalı futbol agenti Boyan İliç sosial şəbəkə hesabında paylaşım edib. Sözləşmənin detalları açıqlanmayıb.
B.İliçin sözlərinə görə, 1 ildən çoxdur Belqrad təmsilçisinin düşərgəsində olan 17 yaşlı hücumçu, nəhayət, Serbiyada oynamaq hüququ əldə edib.
"Srvena Zvezda" oyun praktikası qazanması üçün istedadlı futbolçunu yerli "Qrafiçar" komandasına icarəyə verib.
Qeyd edək ki, İslam Həsənov “Srvena Zvezda”ya “Sabah”dan keçib. O, 2023-cü ildə Bakı klubunun heyətində 76 qolla AFFA U-15 Liqasının bombardiri olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]