Azərbaycan çempionatında son 7 mövsümün məhsuldarlıq rekordu təkrarlanıb
Bakı, 23 may, AZƏRTAC
Futbol üzrə Azərbaycan I Liqasında son 7 mövsümün məhsuldarlıq rekordu təkrarlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XXVII turda baş verib. “İrəvan”la “Karvan” arasında qarşılaşmada 11 qol vurulub.
Qonaqların 8:3 hesablı qələbəsi ilə bitən görüş qol sayında mövsümün mütləq rekordudur. Sonuncu belə məhsuldarlıq ötən çempionatda qeydə alınıb. “Araz-Naxçıvan” səfərdə “Turan Tovuz-2”yə 6:5 hesabı ilə qalib gəlib.
Bu iki matç son 7 mövsümdə ən çox qol vurulan qarşılaşmalardır. Daha çox qola sonuncu dəfə 2016/2017-ci illər mövsümünün “Səbail” – “Bakılı” qarşılaşmasında təsadüf olunub. Həmin vaxt ümumilikdə 14 qol vurulub. Bu qarşılaşmada meydan sahibləri 11:3 hesablı qələbə qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]