Azərbaycan cüdoçusu Avropa birinciliyində qızıl medal qazanmışdır VİDEO
Bakı, 6 iyul (AZƏRTAC). Yunanıstanın paytaxtı Afinada cüdo üzrə kadetlər arasında Avropa birinciliyi davam edir.
AZƏRTAC xəbər verir ki, turnirin ikinci günündə Azərbaycan millisi daha bir medal qazanmışdır.
Birincilikdə 66 kiloqram çəki dərəcəsində mübarizə aparmış Hidayət Heydərov portuqaliyalı David Reisə, israilli Oran Ginerə, gürcüstanlı Beka Udesianiyə və isveçrəli Naim Matta qalib gələrək finala yüksəlmişdir. Həlledici görüşdə Rusiya cüdoçusu İsmayıl Çasiqovdan üstün olan Hidayət Heydərov fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Qeyd edək ki, turnirin ilk günü cüdoçularımız 1 qızıl və 1 gümüş medal qazanmışlar.
Turnirə iyulun 6-da yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]