Azərbaycan diasporu ilə bağlı təhqiqat aparan müstəntiq işdən çıxarılıb
Moskva, 5 may, AZƏRTAC
Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq idarəsinin xüsusilə mühüm işlərin təhqiqatı üzrə Dördüncü şöbəsinin rəisi ədliyyə mayoru Yaroslav Kuzvesov işdən çıxarılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “E1.ru” məlumat yayıb. Qeyd olunur ki, daha əvvəl, aprelin 14-də onun vəzifəsi aşağı salınıb və sıravi müstəntiq ranqına keçirilib. Kuzvesov Yekaterinburqdakı Azərbaycan diasporunun üzvləri, o cümlədən Şahin Şıxlinski ilə bağlı işi təhqiq edirdi.
Rusiyanın bəzi “Telegram” kanalları onun işdən çıxarılmasını bu cinayət işi ilə əlaqələndirir. Kuzvesovun istefası Rusiyanın Azərbaycana təqdim etmək istədiyi dəlillərin toplanması və cinayət işlərinin baxılması üzrə çatışmazlıqlar, habelə prosedur pozuntuları ilə əlaqələndirilir. Lakin bu məlumatın rəsmi təsdiqi yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2026 [19:08]
Meksika paytaxtının yerləşdiyi ərazi sürətlə çökür
- 07.05.2026 [17:43]
Alimlər komanda ilə özü-özünü məhv edə bilən “canlı plastik” hazırlayıblar
- 07.05.2026 [17:20]
“Shell”in xalis mənfəəti artıb
- 07.05.2026 [16:29]
ABŞ-nin neft istehsalı azalıb
- 07.05.2026 [16:02]