Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan dilçilərinin arasında akademik Tofiq Hacıyevin yetirmələrinin adı həmişə ön sıralarda çəkilir

Azərbaycan dilçilərinin arasında akademik Tofiq Hacıyevin yetirmələrinin adı həmişə ön sıralarda çəkilir

Bakı, 28 noyabr, AZƏRTAC

Akademik Tofiq Hacıyevin imzası Türk dünyasının sərhədlərini aşaraq, dünyanın bir çox elm mərkəzlərinə yol açdı. O, mənsub olduğu xalqın elmi potensialının hansı səviyyədə olduğunu dünya dilçilik məktəbinin öncüllərinin adları qeyd olunan kitabın ilk səhifələrindən birinə həkk etdirdi.

Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının professoru, filologiya elmləri doktoru Sərdar Zeynalın AZƏRTAC-a təqdim etdiyi “Akademik Tofiq Hacıyevin dilçilik məktəbi” başlıqlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

“Görkəmli şəxsiyyət Tofiq Hacıyevin həyatı digər insanların həyatına bənzəsə də, onun yaradıcılığı öz ideya məzmunu, tədqiqat sahəsinin genişliyi ilə digərlərindən fərqləndi. Sorağı gah Türkiyədən, gah Krımdan, gah Özbəkistandan, gah da digər türkdilli ölkələrdə keçirilən konfrans, konqres və yığıncaqlardan gəldi. Harada oldusa, Azərbaycanı qürurla təmsil etdi.

1936-cı il mayın 1-də Qarabağ mahalının Cəbrayıl qəzasındakı Soltanlı kəndində dünyaya göz açmış Tofiq Hacıyev üç yaşında olarkən atasını itirib. Ailənin sonbeşiyi olduğu üçün özündən yaşca çox böyük olan bacı-qardaşlarının qayğısı ilə əhatə olunub. Böyük bacısı, Soltanlı kəndinin ilk ali təhsilli müəllimi olan Şəmayıl xanımın zəhməti və təşviqi sayəsində elmə xüsusi maraq göstərib. 1953-cü ildə orta məktəbi müvəffəq qiymətlərlə başa vurub və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə qəbul olub. Orada görkəmli alimlər Mir Cəlal Paşayev, Muxtar Hüseynzadə, Həmid Araslı, Abbas Zamanov və digərləri ilə tanış olaraq onların mühazirələrini dinləyib. Elmi rəhbəri Məmmədağa Şirəliyevlə yanaşı, dövrün ən nüfuzlu elm adamları olan Səlim Cəfərov, Hadi Mirzəzadə, Əbdüləzəl Dəmirçizadə və başqalarının yaradıcılığının izləyicisinə çevrilib.

1958-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirərək aspiranturaya qəbul olub. 1962-ci ildə “Azərbaycan dilinin Cəbrayıl şivəsi” adlı namizədlik, 1969-cu ildə isə “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” adlı doktorluq dissertasiyalarını müdafiə edib. 1962-1967-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda (indiki Bakı Slavyan Universiteti) müəllim işləyib. 1968-ci ildən ömrünü Bakı Dövlət Universitetinə bağlayıb. 1984-cü ildən ömrünün sonuna qədər universitetin Türkologiya kafedrasına rəhbərlik edib. Bununla yanaşı, 1993-cü ildə Azərbaycanın maarif naziri, 2013-2015-ci illərdə Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsində çalışıb.

Bu illər ərzində göstərdiyi elmi fəaliyyətə və Azərbaycan dilçiliyinin inkişafındakı əməyinə görə orden, medal, fəxri adlarla mükafatlandırılıb. Biz bu məqalədə bütün bu təltifləri ümumi şəkildə qeyd edib, dünyadan akademik kimi köç edən Tofiq Hacıyevin yaratdığı dilçilik məktəbindən, onun yetişdirmələrindən yığcam şəkildə danışacağıq.

Tofiq müəllimin yetişdirdiyi kadrların fəaliyyəti bu gün də qabarıq şəkildə görünməkdədir. Onun qayğısı və təşəbbüsü ilə dilçilik sahəsində öz qələmini sınayan və bu yolda saysız uğurlar qazanan akademik Nizami Cəfərovun adını qeyd etmək, məncə, kifayətdir.

Bu məktəbin birinci yetirməsi 1971-ci ildə təsdiqini alıb alim kimi elmi fəaliyyətə başlayan “Ekspressiv təsdiqlik və ekspressiv inkarlıq” mövzusunda tədqiqat əsərinin müəllifi Sərxan Abdullayevdir. Namizədlik işinin təsdiqinin alındığı ili əsas götürüb bu işin mövzu kimi verilməsi tarixini nəzərə alsaq, məlum olar ki, Tofiq müəllim iddiaçıya mövzu verilən zaman 30-31 yaşın içində imiş.

1971-2006-cı illəri əhatə edən otuz beş ildə 15 nəfər elmlər namizədi və 4 elmlər doktoru yetişdirən akademikin 2006-cı ildən ömrünün sonuna qədərki dövrdə rəhbərlik etdiyi namizədlik və doktorluq işləri haqqında məlumatım yoxdur. 15 nəfər elmlər namizədi, 4 elmlər doktorunu 44 ildə yetişdirsəydi belə, onun bu nailiyyəti dilçilik tarixində tək-tək alimlərin tərcümeyi-halına yazıla bilən uğur sayılmalıdır. Onun rəhbərliyi ilə Elbrus Əzizov, Çimnaz Mirzəzadə, Gülxanım Vəliyeva, Nizami Cəfərov, Məftunə Vəliyeva, Qızılgül Abdullayeva, Eldar Piriyev, Nazim Həsənzadə, Sevda Sadiqova, Dürdanə Rəhimova, Sərdar Zeynalov, Bəyimxanım Böyükağa qızı, Natəvan Məmmədova, Cəmilə Rüstəmova, Sərxan Abdullayev, Özyürək Rasim Vəli oğlu və başqaları dissertasiya müdafiə ediblər.

Görkəmli alimin rəhbərliyi ilə dissertasiya müdafiə edib elmi dərəcə alan dissertantların siyahısına nəzər salanda onun başqa bir müsbət xüsusiyyəti ortaya çıxır. Hər kəs bilir ki, mövzu götürüb elmi iş müdafiə etməyə can atan dissertantların bəziləri işin gedişində bəzən öz elmi rəhbərindən imtina edib yeni elmi rəhbər seçməyə məcbur olur. Yaxud namizədlik dissertasiyasını müdafiə etdikdən sonra doktorluq işini tamamilə başqa bir alimin rəhbərliyi altında hazırlayıb başa çatdırır.

Ancaq biz Tofiq müəllimin rəhbərliyi altında müdafiə edib namizədlik və doktorluq işini yerinə yetirənlərin siyahısına diqqət etsək, görərik ki, görkəmli dilçinin rəhbərliyi altında namizədlik işini yerinə yetirənlərin əksəriyyəti onu doktorluq işində özünə rəhbər - məsləhətçi seçib və hər iki işini onun rəhbərliyi altında yerinə yetiriblər.

Məsələn, Tofiq müəllimin 1971-ci ildə namizədlik dissertasiyası müdafiə edən Sərxan Abdullayev 1989-cu ildə yenidən onun rəhbərliyi ilə doktorluq, 1974-cü ildə namizədlik dissertasiyası müdafiə edən Elbrus Əzizov 1990-cı ildə, 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edən Nizami Cəfərov 1991-ci ildə, 1999-cu ildə namizədlik işini yerinə yetirən Sərdar Zeynalov 2015-ci ildə onun rəhbərliyi ilə doktorluq işini müdafiə edib. Yuxarıda qeyd etdiyimiz kimi, 2006-2015-ci illər ərzində Tofiq müəllimin rəhbərliyi altında namizədlik və ya doktorluq işi yazıb müdafiə edənlərin tam siyahısı əlimizdə yoxdur. Elə başa düşürəm ki, bu 10 il müddətində dissertasiya müdafiə edənlərin sayı da az deyil. Onları da siyahıya əlavə etsək, biz hər alimə qismət olmayan bir göstəricinin şahidi olacağıq.

Mən bu fikirdəyəm ki, Tofiq müəllim Azərbaycan dilçilik elminin qarşısında duran məsələlərin yerinə yetirilməsində təkbaşına qələm çalmağın yetərsiz olduğunu düşünüb və bu sahəni inkişaf etdirmək üçün bilə-bilə öz rəhbərliyi altında bir dilçilər ordusu yaradıb və dayanmadan bu ordunun sıralarının genişlənməsinə can atıb.

Bu gün Azərbaycan dilçilərinin arasında akademik Tofiq Hacıyevin yetirmələrinin adı həmişə ön sıralarda çəkilir. O, qiymətli elmi əsərlər yazıb çap etdirməklə yanaşı, həm də öz adına layiq bir dilçilik məktəbi yaratdı - Tofiq Hacıyev dilçilik məktəbi. Biz onu həmişə fəxarətlə anır və ona daima rəhmət oxuyuruq. Nur içində yatasan, unudulmaz ustad!”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu