AZƏRBAYCAN DÜNYA GƏNCLƏR FORUMUNDA TƏMSİL OLUNMUŞDUR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, avqustun 14-də başa çatacaq forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri erməni faşistlərinin vəhşiliyini ifşa edən və Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımına həsr olunmuş üçgünlük sərgi təşkil edəcəklər. “Dəyirmi masalar”da isə müxtəlif ölkələrin gənclərinin nümayəndələrinə Azərbaycanın ictimai–siyasi həyatı, idmanın inkişafı və gənclər siyasəti barədə məlumat veriləcəkdir.