MƏDƏNİYYƏT
Azərbaycan Əfqanıstanda “Əfşar ulduzu” adlı tədris mərkəzi açıb










Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə Əfqanıstanda yaşayan Azərbaycanəsilli əfşarların nümayəndəsi tərəfindən təsis edilmiş “Əfşar ulduzu” Tədris Mərkəzi açılıb.
Bu barədə AZƏRTAC-a ölkəmizin Əfqanıstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Mərkəz əfşarların milli-mədəni irsinin qorunub saxlanılması, Azərbaycan dili və tarixinin öyrənilməsi məqsədi daşıyır.
Kabil şəhərinin Əfşar-e-Nənəgçi məntəqəsində yerləşən və orada qeydiyyatdan keçmiş mərkəzində eyni vaxtda 60 şagirdin təhsil alması üçün şərait yaradılıb.
Qeyd edilib ki, mərkəzin sinif və müəllimlər otaqları lazımi avadanlıq, dərs vəsaitləri, Azərbaycan alimləri tərəfindən nəşr olunmuş tarixi kitablar ilə təchiz edilib.