Azərbaycan ərazisində sentyabr ayına olan hava proqnozu açıqlanmışdır
Bakı, 31 avqust (AZƏRTAC). Sentyabr ayında Azərbaycan ərazisində havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Yağıntıların ay ərzində qeyri-bərabər paylanması proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının əksər rayonlarda iqlim normasına yaxın olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 15-20, gündüzlər 24-29 dərəcə isti təşkil edəcək, bəzi günlərdə temperatur 33 dərəcəyədək yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-23 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr 14-19, ayın sonunda 10-14, gündüzlər 23-28 dərəcə isti təşkil edəcək, bəzi günlərdə temperatur 30-34 dərəcəyədək yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-13 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 14-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Temperatur gecələr 9-14, gündüzlər 15-20 dərəcə olacaq, bəzi günlərdə 23-26 dərəcəyədək yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-50 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarında orta aylıq temperaturun 20-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 14-19, gündüzlər 22-27 dərəcə isti olacaq, bəzi günlərdə temperatur 29-33 dərəcəyədək yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-44 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında orta aylıq temperaturun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 10-15, gündüzlər 20-25 dərəcə isti olacaq, bəzi günlərdə temperatur 27-30 dərəcəyədək yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-120 mm) olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında orta aylıq temperaturun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr 15-20, gündüzlər 25-30 dərəcə isti olacaq, bəzi günlərdə temperatur 32-35 dərəcəyədək yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-38 mm) olacağı gözlənilir.
Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında orta aylıq temperaturun 20-22, dağlarda 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 15-19, gündüzlər 23-28 dərəcə isti təşkil edəcək, bəzi günlərdə temperatur 29-32 dərəcəyədək yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 50-199 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.