Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Ermənistan arasındakı hərbi münaqişə başa çatdığından BMT təzminat komissiyası yaratmalıdır

Azərbaycan-Ermənistan arasındakı hərbi münaqişə başa çatdığından BMT təzminat komissiyası yaratmalıdır

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan-Ermənistan arasındakı hərbi münaqişə artıq başa çatdığından, BMT-nin təcili olaraq məcburi köçkünlərin əmlakına dəymiş maddi ziyanla bağlı iddiaları nəzərdən keçirmək üçün təzminat komissiyası yaratması vacib məsələlərdəndir.

Bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin baş analitiki Günay Quliyeva AZƏRTAC üçün yazdığı məxsusi məqaləsində deyib. Həmin məqaləni təqdim edirik.

Postkonflikt dövründə kompensasiya öhdəliklərinin hüquqi əsasları

Son bir neçə onillik, insan hüquqları və humanitar hüququn ciddi şəkildə pozulmasına görə dövlətlərin məsuliyyət anlayışında əhəmiyyətli irəliləyişlərlə seçilir. Artıq beynəlxalq hüququn insan inkişafı istiqamətində çoxdan gözlənilən addımlar atılıb. Bunlara insan haqlarının müdafiə qurumları və beynəlxalq cinayətkarlıq məhkəmələrin və həqiqət-ədalət komissiyalarının qurulması və sair aiddir. Beynəlxalq hüquqda silahlı münaqişə qurbanlarına ədalətin təmin edilməsi üçün təcavüzkar dövlətin qarşısında üç fərqli komponent tələb olunur: hüquqi məsuliyyət, həqiqətlərin etirafı və zərərin ödənilməsi. Bu komponentlər insan hüquqları və humanitar hüquq kimi ümumi beynəlxalq hüquq sahələrində, beynəlxalq təşkilatlar, habelə ilk növbədə BMT tərəfindən həyata keçirilən münaqişədən sonrakı siyasət təşəbbüslərində öz əksini tapıb.

2005-ci ildə, təxminən on beş il davam edən danışıqlardan sonra, BMT Baş Assambleyası tərəfindən 2005-ci dekabrın 16-da qəbul edilmiş “Beynəlxalq humanitar hüququn ciddi pozuntuları və insan hüquqları sahəsində beynəlxalq normaların ciddi pozuntularının qurbanları üçün zərərin ödənilməsi və hüquqi müdafiə hüququna aid əsas prinsiplər və rəhbəredici müddəalar” adlı qətnamə ilə bir daha təsdiq olunub. Bu qətnamənin “Vurulmuş zərərin ödənilməsi” adlı IX fəslinin 18-ci bəndində göstərilir ki, beynəlxalq hüquqa və ölkələrin milli qanunvericiliyinə görə, həm də konkret halları nəzərə alaraq, insan hüquqları sahəsində beynəlxalq normaların ciddi pozuntularının və beynəlxalq humanitar hüququn ciddi pozuntularının qurbanlarına və pozuntunun ciddiliyinə və hər bir hala müvafiq müəyyən olunmuş qaydada zərərin tam və effektiv ödənilməsi restitusiya, kompensasiya, reabilitasiya, satisfaksiya və baş vermiş hadisənin təkrarlanmaması zəmanəti formalarında ola bilər.

Dünyada baş verən hərbi münaqişələrdən sonra vurulan ziyanı ödəmək üçün ölkələr qarşısında öhdəlik yaradan bir sıra digər hüquqi aktlar da var. Belə ki, 1966-cı il 16 dekabr tarixli “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt, 1954-cü il 14 may tarixli “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyası, 1954-cü il 19 dekabr tarixli Avropa Mədəniyyət Konvensiyası, 1972-ci il 16 noyabr tarixli UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyası və digər beynəlxalq sənədlər tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi, onlardan istifadə və ümumilikdə insanların mədəni hüquqlarının müdafiəsi ilə bağlı müddəaları təsbit edir.

2005-ci ilin avqustunda BMT alt komissiyası olan İnsan Hüquqları Komissiyası özbaşına və ya qanunsuz olaraq öz əmlakından didərgin salınmış şəxslərin mülkiyyətinin geri qaytarılması ilə bağlı hüquqi və texniki məsələlər üzrə təlimatları rəsmən təsdiq edib. Bu qaydalar “Pinheiro Prinsipləri” adlanır. Qaçqınların və məcburi köçkünlərin mənzil və əmlakının bərpası üzrə xüsusi məruzəçi Paulo Pinheironun şərəfinə adlandırılan “Pinheiro Prinsipləri”, mülkiyyətin bərpası proseslərinin qurulması və həyata keçirilməsi üçün hüquqi, inzibati və icra qaydaları təklif edir. Müharibədən sonra bu işin çətin olduğunu qəbul edən prinsiplər, dövlətlərin Bosniyadakı restitusiya yanaşmasını nümunə götürərək, sülh müqavilələrinə mülkiyyətin qaytarılması prosedurlarını daxil etməyi tövsiyə edir. “Pinheiro Prinsipləri”, restitusiyanın “praktiki olaraq mümkün olmadığı” zaman və ya zərərçəkmiş tərəf bilə-bilə və könüllü olaraq geriödəmə əvəzinə kompensasiya istədikdə kompensasiyaya icazə verir. BMT Baş Assambleyasının “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti” adlı qətnaməsinə əlavənin 36-cı maddəsinə əsasən, beynəlxalq hüquqazidd əmələ görə məsuliyyət daşıyan dövlət özünün qanunazidd əməli nəticəsində vurduğu zərəri restitusiya ilə ödənilməyən hissədə kompensasiya yolu ilə ödəməyə borcludur.

Beynəlxalq Təzminat Komissiyalarının yaradılmasının zəruriliyi

Körfəz müharibəsi zamanı (İraq-Küveyt arasında 1991-ci il yanvarın 17-si - 1991-ci il fevralın 28-i) tərəflərin bir-birinə vurduğu ziyanın ödənilməsi üçün BMT tərəfindən komissiya yaradılıb. Beləliklə, Azərbaycana Ermənistanın vurduğu maddi ziyanın miqyasını və potensial iddiaçıların sayının bir milyonu keçdiyini nəzərə alaraq, hərbi təcavüz nəticəsində yaranan həm əmlak, həm də infrastruktur iddiaları üçün BMT-nin İraq və Küveyt Təzminat Komissiyasına bənzər beynəlxalq komissiya yaradılması zəruridir. İraq və Küveyt Təzminat Komissiyasının iddiası ilə İraq 1990-1991-ci illərdə Küveyt iqtisadiyyatına və vətəndaşlarına vurduğu ziyana görə 50 milyard dollardan çox təzminat ödəyib.

Dünyada postmüharibə dövründə reparasiya və restitusiya təcrübələri

Dünya tarixində baş vermiş müharibələrdən sonra kompensasiya, reparasiya və digər təzminat növləri ilə bağlı müxtəlif təcrübələr olub.

Fransa-Prussiya müharibəsindən sonra, Frankfurt müqaviləsinin şərtlərinə görə (1871 mayın 10-u) Fransa 5 il ərzində 5 milyard qızıl frank müharibə təzminatı ödəmək məcburiyyətində qalmışdı. Təzminatın maraqlı tərəflərindən biri bu idi ki, bu məbləğ 1807-ci ildə Napoleonun Prussiyaya qoyduğu təzminata tam bərabər idi. 1873-cü ilin sentyabrında təzminatın son hissəsi ödənilənə qədər alman qoşunlarının bir hissəsi Fransada qalmışdı.

I Dünya müharibəsindən sonra bağlanan “Versal müqavilə”si yalnız Almaniyanı müharibədə günahlandırmaqla kifayətlənməyərək, eyni zamanda, onu 132 milyard qızıl marka və ya bu gün dəyəri ilə təxminən 269 milyard dollar məbləğində maliyyə ödənilməsi tələbini qarşısında qoydu. Bu təzminat ödənişi 92 il çəkdi. ABŞ Almaniyaya təzminatı ödəmək üçün borc verib və təzminatı toplayan ölkələr bu pulları ABŞ-a olan kreditlərini ödəmək üçün istifadə etmişdilər. Nəticədə bu kompensasiyadan ən çox qazanan ölkə ABŞ oldu.

İkinci Dünya müharibəsindən sonrakı dövrdə də fərqli təzminat nümunələri olub. Sovet İttifaqı, Oder-Neissenin şərqindəki Almaniya ərazilərini ilhaq edib və 12 milyon almanı qovub.

Fransa kömür yataqlarından istifadə etmək və bəlkə də daimi olaraq Fransaya birləşdirmək niyyəti ilə 1947-1956-cı illərdə Saar protektoratına nəzarəti öz üzərinə götürüb. Saar ərazisində yerləşən həmin mədənlər Birinci Dünya müharibəsinin sonundan 1935-ci ilə qədər Fransanın nəzarətində idi. Fransa yalnız 1957-ci il yanvar 1-də Saar bölgəsindəki nəzarətindən əl çəkməli olub.

Hollandiya 1949-cu ildə təxminən 69 kvadratmetr alman ərazisini özünə birləşdirdi və həmin ərazilər yalnız 1957-ci ildə Qərbi Almaniya Hökumətinə geri verilib. 1960-cı il aprelin 8-də Laheydə edilən Hollandiya-Almaniya müqaviləsinə əsasən Qərbi Almaniya Hollandiyaya 280 milyon Alman markası ödəməyi qəbul etdikdən sonra torpaq geri qaytarılıb.

İkinci Dünya müharibəsindən sonra Müttəfiqlər, təxminən 10 milyard dollar dəyərindən çox alman patentinə, müəllif hüquqlarına və ticarət nişanlarına əl qoyublar.

Milyonlarla alman düşərgələrdə, mədənçilikdə, məhsul yığımında və ya sənayedə müttəfiqlərə çalışmaq üçün bir neçə il məcburi əməyə məcbur edilib.

Müharibədən sonra Yunanıstan Müttəfiqlərarası Təminat Agentliyi tərəfindən tətbiq olunan 1946-cı il Paris Reparasiya Müqaviləsi çərçivəsində Almaniyanın Müttəfiqlərə ödədiyi təzminatdan payını aldı. Yunanıstan təxminən 25 milyard dollar dəyərində pul və sənaye malları şəklində təzminat alıb.

1951-ci ildə İsrail hakimiyyəti Almaniyaya təzminat üçün iddia qaldırdı. Hesablamalara görə, kompensasiya adambaşına 3000 ABŞ dolları (2020-ci ildə 29 min 900 dollar) olduğundan Almaniyanın onlara 1,5 milyard dollar (2020-ci ildə 15 milyard dollara bərabər) borcu var idi.

Almaniyanın təslim olmasından başlayaraq sonrakı iki il ərzində ABŞ, Almaniyanın bütün texnoloji və elmi nou-hauları, bütün patentləri və bir çox aparıcı elm adamını (Paperclip Əməliyyatı olaraq da bilinir) toplamaq üçün güclü bir proqram həyata keçirdi. Tarixçi John Gimbel, “Elm, Texnologiya və Reparasiyalar: Müharibədən sonrakı Almaniyada İstismar və Talan” kitabında “intellektual təzminatların” (Alman alimlərinə istinad edərək) təxminən 10 milyard dollar məbləğində olduğunu iddia edir.

Körfəz müharibəsindən sonra İraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qətnaməsini qəbul etdi. Birləşmiş Millətlər Təşkilatının Kompensasiya Komissiyası (BMTKK) yaradıldı və komissiya qarşısında hökumətlər, şirkətlər və şəxslər tərəfindən 350 milyard ABŞ dolları məbləğində iddia qaldırıldı. Komissiya təxminən 1,5 milyon müvəffəqiyyətli iddiaçının 52,4 milyard dollar təzminat tələbini qəbul etdi və ödədi; bu təzminatın 2019-cu ilin iyul ayına qədər 48,7 milyard dolları ödənildi və Küveytə ödəniləcək yalnız 3,7 milyard dollar qaldı. BMTKK dövlətlərin və təşkilatların və ya korporasiyaların (hüquqi şəxslərin) iddialarına görə fərdlərin iddialarına üstünlük verilməsinin “beynəlxalq iddiaların həll edilməsi təcrübəsinin təkamülündə əhəmiyyətli bir addım olduğunu” bildirib.

Ermənistanın mövcud iqtisadi durumunda kompensasiya formaları

2000-ci ildə BMT-nin İnsan İnkişafı Hesabatında Ermənistanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun işğalı nəticəsində Azərbaycana vurulan ümumi iqtisadi zərərin təxminən 53,5 milyard dollar olduğu göstərilir. Hazırda aparılan araşdırmalar göstərir ki, vurulan ziyan 2000-ci ildəki hesablamalardan əhəmiyyətli dərəcədə çoxdur. Bununla bağlı Hökumət tərəfindən yerli və beynəlxalq ekspertlərin iştirak etdiyi komissiya yaradılıb.

30 illik işğal nəticəsində Ermənistanın Azərbaycana vurduğu ziyanın dəqiq məbləği komissiya tərəfindən hesablandıqdan sonra beynəlxalq məhkəmələrdə Ermənistan qarşısında təzminatın tam ödənməsi üçün iddia qaldırılacaq.

Ziyanın məbləği çox yüksək olduğu üçün Ermənistan iqtisadiyyatı bu məbləği tam ödəmək gücündə deyil. Belə ki, Ermənistanda fiskal defisit 2020-ci ildə ÜDM-in 5,5 faizinə qədər genişlənib, bu da dövlətin daha yüksək hərbi və səhiyyə xərcləri hesabına baş verib. Ermənistanın ümumi dövlət borcu ÜDM-in 63,5 faiz nisbətindədir. Ermənistan xarici valyuta ehtiyatları cəmi 3 milyard ABŞ dolları məbləğindədir ki, bunun da bir hissəsi xarici öhdəliklərdir.

Yuxarıda qeyd edildiyi kimi, beynəlxalq hüquqda təcavüzkar ölkənin vurduğu ziyanın ödənilməsinin ərazini geri qaytarmaq-restitusiya, reparasiya, təzminat, reabilitasiya, satisfaksiya və təkrarlamamaq zəmanətləri kimi bir sıra formaları var. Mövcud iqtisadi durumda Ermənistan təzminat ödənilməsində təkcə pul yox, digər kompensasiya formalardan da istifadə etməyə məcburdur. Məsələn, II Dünya müharibəsindən sonra Almaniyada olduğu kimi torpaqların bir hissəsinin Azərbaycana verilməsi təzminatın bir forması ola bilər. Bu forma əslində Ermənistan üçün ən düzgün seçimdir. Belə ki, tarixi Azərbaycan torpaqlarını - Qərbi Zəngəzuru geri qaytarması tarix və beynəlxalq hüquq qarşısında ən ədalətli seçim ola bilər. Kompensasiyanın geri qalan hissəsini təbii resurs mədənlərindən (qiymətli metallar, dəmir filizi və sair) istifadə hüququnun Azərbaycana verilməsi ilə təmin edə bilər. Təbii ki, təzminatın ən əsas formalarından biri də təcavüzü heç vaxt təkrarlamamaq qarantiyası olmalıdır. Digər tərəfdən beynəlxalq tribunalardan Ermənistan Azərbaycan xalqından, xüsusən 30 illik işğaldan əziyyət çəkmiş əhalidən üzr istəməlidir.

Bütün bu öhdəlikləri yerinə yetirmək üçün beynəlxalq qurumların təcavüzkar ölkəyə təsiri çox vacib məsələlərdən biridir. BMT və digər beynəlxalq insan hüquqları müdafiə təşkilatları Ermənistanın qarşısında bu öhdəlikləri qoymalı və yerinə yetirilməsinə nəzarət etməlidirlər. Təzminatın göstərilən bütün formaları Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsində öz əksini mütləq tapmalıdır.

Yalnız ədalətli sülh müqaviləsi Cənubi Qafqazda sabitliyə və dayanıqlı inkişafa yol açacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-nin Vitse-prezidenti: Razılaşmalar pozularsa, İrana qarşı zərbələr bərpa edilə bilər

Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər

Vens: AEBA və ABŞ İrana zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə kömək edəcək

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

15 İyun - Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH