AZƏRBAYCAN-FİNLANDİYA BİZNES FORUMU
Sentyabrın 30-da “Hyatt Regensy-Naxçıvan” hotelində Azərbaycan Prezidenti İlham Əliyevin və Finlandiya Prezidenti xanım Tarya Halonenin iştirakı ilə Azərbaycan-Finlandiya biznes forumu keçirilmişdir. Tədbirə toplaşan hər iki ölkənin yüzdən çox iş adamı dövlət başçılarını alqışlarla qarşıladılar.
Prezident İlham Əliyev forumda nitq söylədi.