Azərbaycan-Fransız Universitetində distant tədris davam etdirilir
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) distant tədris təcrübəsini yerli və əcnəbi müəllimlərin iştirakı ilə davam etdirir.
UFAZ-dan AZƏRTAC-a bildirilib ki, universitetin geofizika mühəndisliyi ixtisasının III kurs tələbələri Səbinə Mahmudovanın onlayn fransız dili dərsində iştirak ediblər.
Qeyd edək ki, hazırda bütün müəllimlər Microsoft Teams kimi alətlərin verdiyi üstünlüklərdən faydalanaraq tədris prosesinə davam edirlər. UFAZ-da təhsil alan hər bir tələbə birinci kursa daxil olanda fərdi notbuklarla təmin olunur ki, bu da tələbələrə hazırda evdən tədrislərini davam etdirmək üçün texniki şərait yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]