AZƏRBAYCAN GİMNASTLARI “BALTİK KUBOKU” BEYNƏLXALQ TURNİRİNDƏ GÜMÜŞ MEDALLAR QAZANMIŞLAR
Yığmamızın məşqçiləri bildirmişlər ki, gimnastlarımız daim yüksək yerlərə namizəd olan meydan sahiblərindən təxminən 2 bal çox toplamışlar.
Yeniyetmələr turnirində çıxış edən Zeynəb Cavadlı proqramın iki növündən sonra 7-ci olmuş, lakin lentlə hərəkətlərdə buraxdığı səhvlər üzündən 10-cu yerlə kifayətlənmişdir.
Milli komandamızın liderlər üçlüyü Qran-pri mərhələsinin Çexiyada keçirilən yarışlarında iştirak etmişdir. Aliyə Qarayeva daha yaxşı çıxış edərək iki finala çıxmış, iplə hərəkətlərdə 7-ci, gürzlə isə 8-ci olmuşdur. Çoxnövçülükdə Aliyə Qarayeva 11-ci, Anna Qurbanova 12-ci, Dinara Gimatova 16-cı yeri tutmuşlar.
Gimnastlarımız üçün yay mövsümünün (3-4 iyun) ilk yarışları Genuyada keçiriləcək Dünya kuboku və Ulyanovskda yeniyetmələr arasında beynəlxalq turnir olacaqdır. Genuyaya qrup komandamız, Ulyanovska isə Zülfiyyə Əliyeva, Leyla Şamilova, Ceyla Quliyeva və Ayişə Mustafayeva yollanacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]