AZƏRBAYCAN GÜLƏŞÇİLƏRİ POLŞAYA YOLA DÜŞMÜŞLƏR
Yarışda Azərbaycanı baş məşqçi Elçin Cəfərovun rəhbərliyi ilə 6 güləşçi təmsil edəcəkdir. Avqustun 23-də Polşaya yola düşən yığma komandanın heyətinə Rövşən Bayramov (55 kq), Cavid Abdullayev (55 kq), Vitali Rəhimov (60 kq), Zakir Abdullayev (60 kq), Elbrus Məmmədov (66 kq) və İlqar Abdulov (74 kq) daxildir.
Xatırladaq ki, üç gün öncə Polşanın Sedlçe şəhərində keçirilmiş sərbəst güləş üzrə beynəlxalq turnirdə Azərbaycan idmançıları iki gümüş, bir bürünc medal qazanmışlar.
Sentyabrın 25-dən oktyabrın 1-dək Çində keçiriləcək dünya çempionatında iştirak edəcək Azərbaycan idmançıları üçün bu turnirlər sonuncu yoxlama-sınaq yarışlarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]