Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan həmkarlar ittifaqları pandemiya ilə mübarizədə öz vəzifələrini məsuliyyətlə yerinə yetirirlər

Bakı, 17 aprel, AZƏRTAC

Koronavirus pandemiyası bütün dünyanı cənginə alıb insanların yaşayış tərzini, sosial-məişət problemlərini tamamilə yeni bir məcraya yönəltdi, işini, fəaliyyətini gözlənilməz təsirlərə məruz qoydu. Başımızın üstünü alan bəlanın qəfil gəlişi fəaliyyəti cəmiyyət həyatının bütün sahələrini əhatə edən Azərbaycan həmkarlar ittifaqlarını öz işini yeni tələblərə uyğun qurmağa məcbur etdi. Əsas vəzifəsi vətəndaşlarımızın sosial-iqtisadi, hüquqi mənafelərinin qorunması olan təşkilatın indiki zamanda çiyinlərinə necə bir məsuliyyət düşdüyünü təsəvvür etmək çətin deyil.

Pandemiya ilə bağlı martın 20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) İcraiyyə Komitəsinin iclası oldu. İclasda qərara alındı ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilmiş koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Prezident İlham Əliyevin qətiyyətli addımları dəstəklənsin, həyata keçirilən təxirəsalınmaz tədbirlər təqdir olunsun. Qeyd olundu ki, həmkarlar ittifaqı təşkilatlarının üzvləri də ölkə başçısının 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını yüksək qiymətləndirirlər. İclasda Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat vəsait köçürmək qərara alındı. Digər bir qərarla AHİK Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə dəstək üçün 100 min manat vəsait köçürüb.

Qərarda ölkə ictimaiyyətinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə maksimum səviyyədə əməl olunması ilə bağlı çağırış da yer alıb.

Martın 23-də isə AHİK sədri, deputat Səttar Möhbalıyev Ümumdünya Səhiyyə Təşkilatının qlobal pandemiya elan etdiyi infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı AHİK-in üzv və tabeliyində olan təşkilatların rəhbərləri ilə müşavirə keçirdi. AHİK sədri koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər barədə müşavirə iştirakçılarına məlumat verdi.

AHİK sədri bildirdi ki, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin rəhbərliyi ilə İşçi Qrupunun tərkibi təsdiqlənib: “İşçi Qrupunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olaraq biz də iştirak edirik. Əsas vəzifəmiz indiki şəraitdə işəgötürənlər tərəfindən işçilərin sayının əsassız azaldılmasının qarşısını almaqdır. Bununla əlaqədar olaraq İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və AHİK adından işəgötürənlərə xüsusi bildiriş ünvanlanıb”.

Bildirişdə milli sahibkarlığın davamlı inkişafı istiqamətində fəal siyasət həyata keçirən dövlətimizin indiki şəraitdə də hər bir sahibkarın yanında olduğu, onlara dəstək verdiyi qeyd olunur. Bununla yanaşı, işəgötürənlərin diqqətinə çatdırılır ki, pandemiyanın biznes mühitinə mənfi təsirini azaltmaq üçün sahibkarlara dəstəyin göstərilməsi təmin olunmaqla yanaşı, eyni zamanda, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsasız yerə işdən çıxarılmasına, ixtisarına yol verən işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək.

Müşavirədə AHİK-də keçiriləcək profilaktik tədbirlərin əlaqələndirilməsi, görülən işlər barədə məlumatların mütəmadi toplanması və maarifləndirici işlərin təşkili üzrə İdarəetmə Qrupu (Operativ Qərargah) yaradıldı.

COVID-19 infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədilə elan olunmuş xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə dəstək proqramları davam edir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ictimai nəzarətin həyata keçirilməsində, vətəndaş müraciətlərinin təkliflərinin araşdırılmasında, ictimaiyyətin həssas təbəqəsi hesab edilən şəxslərə müxtəlif aspektlərdən dəstək göstərməsində Heydər Əliyev Fondunun sosial layihələrində iştirak etmək barədə qərar qəbul edib.

AHİK bu məqsədlə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə aprelin 13-də müqavilə bağlayıb. Müqaviləyə əsasən, AHİK tərəfindən İctimai Birliyin hesabına 105 min manat vəsait köçürülüb. Aprelin 14-də “Abşeron Kristal” MMC və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə həyata keçirilən aksiya çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Goranboy, Tərtər və Ağdam rayonlarında yaşayan aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət 1000-dən çox sovqat paylayıblar.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, konfederasiyanın üzv və tabeliyində olan təşkilatlar tərəfindən yaradılan mobil qruplar bu dövr ərzində 10744 aztəminatlı ailəyə, yaşı 65-dən çox olan ehtiyac sahiblərinə, imkansız həmkarlar ittifaqı üzvlərinə 590 min 900 manat məbləğində maddi və ərzaq yardımı göstəriblər. Həmkarlar ittifaqı təşkilatları karantin rejimində istifadə edilməsi üçün üzvlərinə 100 min manatlıq qoruyucu vasitələr paylayıblar. Pandemiyadan zərərçəkən vətəndaşlara maddi yardımlar edilib. Eyni zamanda, həmkarlar ittifaqı təşkilatlarının rəhbər işçiləri öz əməkhaqlarından Koronavirusla Mübarizə Fonduna ianələr ediblər. Həmkarlar ittifaqlarının ilk təşkilatlarından isə fonda 352 min 500 manat vəsait köçürülüb. Bu qəbildən olan maddi və mənəvi yardımlar indi də davam etdirilir.

Ümumiyyətlə, Azərbaycan həmkarlar ittifaqları təşkilatları tərəfindən koronovirusla mübarizəyə və eyni zamanda, dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə 1 milyon manatdan artıq vəsait xərclənib.

AHİK-də koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində həmkarlar ittifaqı əməkdaşları ilə operativ əlaqələr qurulması üçün xüsusi SMS Məlumatlandırma Sistemi yaradılıb. Sistem xüsusi servis kanalla təchiz edilib. Həmkarlar ittifaqlarında verilən qərarlar, tapşırılan işlər dərhal lazımı şəxslərin mobil telefonlarına ötürülür. Bu isə xüsusi karantin şəraitinin məsafədən işləmə prinsiplərindəndir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb