Azərbaycan Həndbol Federasiyasında hakimlər kollegiyasının iclası keçirilib
Bakı, 5 mart, AZƏRTAC
Martın 4-də Azərbaycan Həndbol Federasiyasının ofisində hakimlər kollegiyasının iclası keçirilib.
Federasiyadan AZƏRTAC-a bildirilib ki, hakimlər kollegiyasının sədri Ələkbər Ağakişiyev və beynəlxalq dərəcəli deleqat İsgəndər Əsgərovun rəhbərliyi ilə baş tutan tədbirdə 2021-2022-ci illər üzrə respublika çempionatına hazırlıq, çempionatın təşkili məsələləri və yeni qaydalar ilə bağlı məlumat verilib.
İclasın sonunda hakimlərimiz 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edilib, onlara yeni geyim forması təqdim olunub.