AZƏRBAYCAN HƏRBÇİLƏRİ NATO-NUN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində sentyabrın 8-dən noyabrın 28-dək Macarıstanın paytaxtı Budapeştdə hərbi ingilis dili kursu, sentyabrın 9-dan 11-dək Neapol şəhərində (İtaliya) “Cooperative Arcer 2009” təliminin ilkin planlaşdırma konfransı, sentyabrın 10-dan 12-dək Bakıda qərargah zabitləri üçün tanışlıq kursu keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi əməkdaşlıq proqramına uyğun olaraq, həmin tədbirlərdə Silahlı Qüvvələrimizin nümayəndələri də iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]