Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan ilə Çin arasında əlaqələrin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb VİDEO

Pekin, 18 mart, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Çin Xalq Respublikası (ÇXR) Kommunist Partiyasının dəvəti ilə martın 15-18-də bu ölkədə səfərdə olub.

Əli Həsənovun Ümumçin Siyasi Məşvərət Şurasının sədr müavini, Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin katibi Du Çinlin ilə görüşündə ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycanın Çinin ən yaxşı dostu və tərəfdaşı olduğunu xüsusi qeyd edən Du Çinlin, bu əlaqələrin təkcə ikitərəfli münasibətlərdə deyil, həmçinin regional və beynəlxalq məsələlərdə də daim özünü göstərdiyini diqqətə çatdırıb. O, ÇKP ilə Yeni Azərbaycan Partiyası arasında da sıx münasibətlərin olduğunu məmnunluqla qeyd edib.

Əli Həsənov Çinə dəvətə və səfər zamanı göstərilən xüsusi diqqətə görə qarşı tərəfə minnətdarlığını bildirib və Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu ÇXR Sədri Si Cinpinə çatdırılmaq üçün Du Çinlinə təqdim edib.

Prezidentin köməkçisi Əli Həsənov Çin-Azərbaycan dostluğunun iki min illik tarixə malik olduğunu vurğulayaraq, müstəqillik illərində ölkəmizə göstərilən dəstəyə görə Çin hökumətinə təşəkkür edib.

Qədim İpək Yolunun iki ölkə arasındakı tarixi əlaqələrin inkişafında müstəsna rol oynadığını xatırladan Əli Həsənov ÇXR Sədri Si Cinpinin qədim İpək Yolu iqtisadi dəhlizi təşəbbüsünün ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəstəkləndiyini, bu layihənin təkcə regionun deyil, həmçinin dünya iqtisadiyyatının inkişafına böyük təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Əli Həsənov 2014-cü ilin mayında Prezident İlham Əliyev ilə ÇXR Sədri Si Cinpin arasında keçirilmiş görüşdə hər iki liderin Asiya-Avropa nəqliyyat-kommunikasiya, logistika və xidmət sahələrində gələcək əməkdaşlığın sürətləndirilməsi üçün qarşılıqlı səylərin artırılması barədə fikirlərini bir daha yada salaraq, Çin şirkətlərini bu sahədə fəal əməkdaşlığa dəvət edib. O, həmçinin Azərbaycanın energetika sahəsindəki potensialının nəzərə alınaraq, Çin ilə neft-qaz sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, bərpa olunan enerji sahəsində bu ölkənin əldə etdiyi texniki nailiyyətlərin Azərbaycanda tətbiqi ilə bağlı öz ölkəsinin bəzi istəklərini Çin tərəfinin diqqətinə çatdırıb. Bundan başqa, Azərbaycanda müasir tipli kənd təsərrüfatı müəssisələrinin yaradılmasında qabaqcıl Çin təcrübəsinin öyrənilməsi və Çinin aparıcı şirkətlərinin Azərbaycana dəvət olunmasının əməkdaşlığımızın ümumi çərçivəsinin genişləndirilməsində yaxşı imkanlar yarada biləcəyini vurğulayıb.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasındakı qarşılıqlı dəstəyin gələcəkdə də davam etdirilməsinin vacibliyini xüsusi qeyd ediblər.

Əli Həsənov Azərbaycanın bütün ölkələrlə ikitərəfli münasibətlərini beynəlxalq hüququn 3 əsas prinsipi - ölkələrin suverenliyi və ərazi bütövlüyünün qorunması, mübahisəli məsələlərin sülh yolu ilə həlli və daxili işlərə qarışmamaq prinsipləri əsasında qurduğunu söyləyərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı qəbul etdiyi 4 qətnamə əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinə verdiyi dəstəyə görə Çin tərəfinə təşəkkür edib.

Tərəflər qeyd ediblər ki, yaranmış hazırkı beynəlxalq vəziyyətdə dünyada sülhün qorunması baxımından bu prinsiplərin hər üçünə əməl olunması son dərəcə vacibdir.

Du Çinlin ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həllinə tərəfdar olduğunu bir daha diqqətə çatdırıb.

Əli Həsənov da Azərbaycanın Çinin ərazi bütövlüyünü və bölünməzliyini dəstəklədiyini, bu ölkənin daxili işlərinə hər hansı müdaxilənin yol verilməz olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Azərbaycan etnik separatizmi və bu fonda törədilən istənilən terrorçuluq fəaliyyətini qınayır, bunun hazırkı şəraitdə nəinki təkcə ayrı-ayrı regionlar, bütünlükdə bəşəriyyət üçün böyük təhlükə olduğunu, terror cəhdlərinin qarşısının bütün dünyada qətiyyətlə və ciddi şəkildə alınmasının vacibliyini vurğulayıb, Çində və Azərbaycanda daxili sabitliyin qorunmasının hər iki ölkə üçün çox vacib olduğunu bildirib.

Görüşdə dost ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasındakı tərəfdaşlıq əlaqələrinin inkişafında yüksək səviyyəli səfərlərin böyük əhəmiyyətə malik olduğunu bir daha təsdiq ediblər.

X X X

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov səfər çərçivəsində bu ölkənin digər rəsmiləri ilə də görüşlər keçirib.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr üzrə nazir müavini Cou Li Əli Həsənov ilə görüşdə ötən il ÇKP nümayəndə heyətinin rəhbəri kimi Bakıya səfərini məmnunluqla xatırlayaraq, gündən-günə daha sürətlə inkişaf edən və modernləşən Azərbaycandan xoş təəssüratla ayrıldığını diqqətə çatdırıb. O, Bakı şəhərinin simasında müşahidə etdiyi dəyişikliklər, iqtisadi sahədəki dinamik inkişaf, aparılan islahatlar, sosial sabitlik və əhalinin rifah halının yaxşılaşdırılması sahəsində qazanılan nailiyyətlərdən məmnunluq hissi ilə bəhs edib.

Görüşdə tərəflər yaranmış mürəkkəb beynəlxalq vəziyyətdə iki ölkənin müxtəlif strukturları arasında siyasi məsləhətləşmələrin və dialoqun aparılmasının vacibliyini xüsusi qeyd ediblər.

Cou Li Çinin köklü maraqlarına cavab verən məsələlərdə verdiyi dəstəyə görə Azərbaycana minnətdarlıq edib.

Əli Həsənov Çinin qabaqcıl şirkətlərini Azərbaycanda həyata keçirilən layihələrdə fəal iştirak etməyə dəvət edib, onlara bu istiqamətdə hər cür şəraitin yaradılacağını deyib.

Cou Li Çin tərəfinin iqtisadi sahədə malik olduğu potensialı Azərbaycanla bölüşməyə və Çin investorlarının Azərbaycana qoyulan yatırımın həcminin artırılmasına hazır olduğunu bildirib.

X X X

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov 15 milyon əhalisi olan Tiencin şəhərində olub, Şəhər Partiya Komitəsinin ideoloji məsələlər üzrə katibi, təbliğat-təşviqat idarəsinin rəisi Van Xenşen ilə görüşüb.

Van Xenşen Bakının və Tiencinin liman şəhərləri olduğunu nəzərə çatdıraraq, onlar arasında gələcək iqtisadi əlaqələrin genişləndirilməsini təklif edib.

O qeyd edib ki, ölkənin əsas şəhərlərindən biri olan Tiencinin Şəhər Partiya Komitəsinin rəhbəri Çin KP Siyasi Bürosunun daimi üzvüdür. Bu şəhər tekstil, telekommunikasiya sahəsində Çinin ən aparıcı şəhərlərindən biridir.

Əli Həsənov Tiencin şəhərinin azad ticarət zonası, “Airbus” təyyarə zavodu, xarici ticarət limanı və s. müəssisələri ilə tanış olub.

X X X

Səfər çərçivəsində Əli Həsənov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Dmitri Mezensev ilə görüşüb.

Görüşdə Azərbaycanın bu təşkilata “dialoq üzrə tərəfdaş” statusunda qəbul olunması məsələsi müzakirə olunub.

Əli Həsənov Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətində yaxından iştirak etməyə hazır olduğunu qeyd edərək, ölkəmizin quruma sözügedən statusda qəbulu məsələsinin həllində dəstək göstərilməsini xahiş edib.

Dmitri Mezensev ŞƏT-ə bu status üzrə qəbulla bağlı bəzi tövsiyələrini verib, eyni zamanda, Azərbaycanın bununla əlaqədar müraciətinə diqqətlə yanaşılacağını və lazımi dəstək veriləcəyini vəd edib.

Görüşlərdə Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov iştirak edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Azərbaycan ilə Çin arasında əlaqələrin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb