Azərbaycan ilə Qazaxıstan üçün qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur
Bakı, 21 aprel (AZƏRTAC). Aprelin 21-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının müdafiə naziri Serik Axmetovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin mövcudluğu nəzərə alınmaqla, siyasi, iqtisadi, mədəni sahələrdə sıx əlaqələrin olduğu, irimiqyaslı regional layihələrdə birgə əməkdaşlığın səmərəli nəticələr verdiyi məmnunluqla qeyd edilmişdir. Vurğulanmışdır ki, digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensial mövcuddur və bu imkanlardan istifadə etmək, mütəmadi təcrübə mübadilələri aparmaq hər iki ölkənin mənafeyinə uyğundur.
Regionun aktual problemləri ətrafında söhbət gedərkən Ermənistanın yürütdüyü təcavüzkar siyasət qətiyyətlə pislənərək Qazaxıstanın hər zaman Azərbaycanın haqq işini müdafiə etdiyi, işğal altındakı torpaqlarımızın tezliklə azad olunması və münaqişənin beynəlxalq hüquq normaları əsasında sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri çərçivəsində həllinin vacibliyi vurğulanmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]