Azərbaycan ilə Türkiyə arasında ailə, qadın məsələləri sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Türkiyə Böyük Millət Məclisinin Qadın və kişi bərabər imkanları komissiyasının sədri Çiğdem Erdoğan Atabekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə komitə sədri Azərbaycanla Türkiyə arasında münasibətlərin dostluq, qardaşlıq ruhuna uyğun inkişaf etdiyini qeyd edib. Azərbaycan qadınlarının cəmiyyətdə tutduğu yüksək mövqe, müxtəlif sahələrdə qazandıqları uğurlar barədə danışıb, bu sahədə Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətini, təşəbbüslərini xüsusi vurğulayıb.
Qonaq 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü və 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfər münasibətilə təbriklərini çatdırıb.
O, qardaş ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığın xalqlarımızın birlik və həmrəyliyinin daha da güclənməsinə imkan yaratdığını söyləyib, qanunverici orqanlar arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:17]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [17:01]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [15:49]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:02]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [14:07]
Bakının bəzi yollarında sürət həddi endirilib
- 03.10.2026 [12:04]
FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- 03.10.2026 [12:01]