Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlıq dostluq münasibətləri üzərində qurulmuşdur
Bakı, 7 may (AZƏRTAC). Mayın 7-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qaraheybət Təlim Mərkəzində ölkəmizdə səfərdə olan Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Daraqo Lovriç ilə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə nazir iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin inkişaf etdiyini vurğulamışdır.
Cənubi Qafqaz və Balkan bölgələri arasında mövcud oxşar vəziyyətə toxunan müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin regional sabitliyə əsas təhlükə yaratdığını və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyini diqqətə çatdırmışdır.
Söhbət zamanı, həmçinin ölkələrimizin yerləşdikləri regionlardakı hərbi-siyasi vəziyyət və təhlükəsizlik, Azərbaycan-Xorvatiya hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.
Görüşdə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov və Xorvatiya Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili, xanım Neda Milişiç də iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]