AZƏRBAYCAN İNCƏSƏNƏT USTALARI BEYNƏLXALQ FESTİVALDA İŞTİRAK EDƏCƏKLƏR
Tehranda ənənəvi 20-ci “Fəcr” beynəlxalq musiqi festivalı başlamışdır. 12 ölkənin, o cümlədən Almaniya, İtaliya, Rumıniya, Hollandiya, Rusiya, Ukrayna və digər dövlətlərin musiqiçilərinin iştirak etdikləri bu festivalda, proqramda göstərildiyi kimi, fevralın 3-də Azərbaycan xalq çalğı alətləri orkestrinin çıxışları başlayacaqdır.
Orkestrin bədii rəhbəri və baş dirijoru professor Ağaverdi Paşayev İrana yola düşməzdən əvvəl AZƏRTAC-ın müxbirinə demişdir:
- Kollektivimiz ötən il də bu nüfuzlu festivalda iştirak etmiş və “Qızıl çəng” adlı birinci mükafata layiq görülmüşdür. Bu il beynəlxalq musiqi bayramında, onun iştirakçılarına, musiqisevərlərə Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Səid Rüstəmovun, Süleyman Ələsgərovun, Tofiq Bakıxanovun əsərlərini, muğam, xalq mahnı və rəqslərini təqdim edəcəyik.
Festival fevralın 6-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [20:02]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [19:16]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:10]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [18:43]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
- 05.10.2026 [18:14]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
- 05.10.2026 [17:02]