AZƏRBAYCAN İRANA OLAN ENERJİ BORCUNU OKTYABRIN SONUNADƏK TAM HƏCMDƏ QAYTARACAQDIR
Azərbaycan cari ilin oktyabr ayının sonunadək İrana olan elektrik enerjisi borcunu tam həcmdə qaytaracaqdır.
AZƏRTAC xəbər verir ki, bunu “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov bildirmişdir.
M.Əsgərovun dediyinə görə, cari ilin aprelindən Naxçıvan Muxtar Respublikası İrana olan enerji borcunu qaytarmağa başlamışdır. Hazırda İrana muxtar respublikadan sutkada 1,2-1,4 milyon kilovat-saat elektrik enerjisi qaytarılır. Qaytarılan enerjinin həcmi İranın tələbatından asılı olaraq müəyyənləşdirilir.
Xatırladaq ki, cari ilin aprelinədək Azərbaycanın İrana 258 milyon kilovat-saat elektrik enerjisi borcu olmuşdur.
M.Əsgərov vurğulamışdır ki, enerji Azərbaycandan İrana qaytarıldıqda əlavə 11 faiz itki də hesablanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:01]
Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü
- 16.06.2026 [11:05]