AZƏRBAYCAN JURNALİSTLƏRİNİN FİLMİ YÜKSƏK MÜKAFAT AlMIŞDIR
“Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan milli nümayəndəliyi jurnalistlərinin cəkdikləri “Vaqif Sadıqovun cazı” filmi ənənəvi beynəlxalq Yalta telekinoforumunda “Film-portert” nominasiyasında ən yaxşı lent hesab edilmişdir.
Bu film (ssenari müəllifi Gülmayə Həsənova, bədii rəhbər Davud İmanov, rejissor Nazim Məmmədov, operator Elçin Quliyevdir) birinci yerə və festivalın “Dəfnə budaqlı Nimfa” mükafatına layiq görülmüşdür. “Mir” şirkətinin Azərbaycan nümayəndəliyinin filmi bu festivalda ötən il də mükafat qazanmışdı.
Builki festivalda MDB ölkələrin və Baltik yanı ölkələrin, habelə 27 digər dövlətin filmləri təqdim edilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]