Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN MƏTBUATININ 130 İLLİYİNƏ HƏSR OLUNMUŞ YUBİLEY MƏRASİMİNDƏ PREZİDENT İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli xanımlar və cənablar!

Əziz jurnalistlər!

Sizin hamınızı milli mətbuatımızın 130-cu ildönümü münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram.

1875-ci ildə Həsən bəy Zərdabinin redaktorluğu ilə Azərbaycanda ilk qəzet çapdan çıxmışdır. “Əkinçi” qəzetinin çapdan çıxması milli mətbuatımızın təməlini qoydu. Ondan sonra mətbuatda müxtəlif dövrlər yaşandı, 1906-cı ildə ilk dəfə Azərbaycan dilində “Həyat” qəzeti çapdan çıxdı. Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra Azərbaycan və rus dillərində “Azərbaycan” qəzetinin nəşri böyük hadisəyə çevrilmişdir.

Azərbaycan Sovet İttifaqı tərkibində yaşamağa başlayanda mətbuat demək olar ki, çox aşağı səviyyədə idi. Təbii ki, o dövrün ideoloji çərçivələri icazə vermirdi ki, Sovet Azərbaycanında söz azadlığı tam bərqərar olunsun. İdeoloji çərçivələr imkan vermirdi ki, mətbuat hərtərəfli inkişaf etsin. Totalitar dövlətin əlamətlərindən biri də söz azadlığının mövcud olmamasıdır. Amma buna baxmayaraq, o illər ərzində bizim jurnalistikamız və jurnalistlərimiz çox səmərəli işləmişlər. Bilirsiniz, hər bir ideoloji çərçivəni tətbiq etmək olar, ancaq əgər istedad varsa, o, özünü göstərəcəkdir. O illər ərzində Azərbaycanda yüzlərlə qəzet, jurnal çıxırdı və onların Azərbaycanın, xalqımızın təbliğ olunmasında çox mühüm rolu var idi. O illərdə Azərbaycan Sovet İttifaqı çərçivəsində o qədər də tanınmırdı. Ona görə bizim haqqımızda gedən hər bir məlumat, hər bir yazı, hər bir məqalə Azərbaycan xalqını, Azərbaycanda yaşayan insanları daha da tanıdırdı.

Azərbaycanın tanınmasında xalqımızın lideri Heydər Əliyevin çox mühüm rolu olmuşdur. 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycanda gedən geniş quruculuq işləri, iqtisadi inkişaf, yeni müəssisələrin, fabriklərin, zavodların, mədəniyyət ocaqlarının tikilməsi, Azərbaycanda müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi sovet mətbuatının, eyni zamanda dünya mətbuatının diqqətini Azərbaycana yönəltmişdir.

1970-ci illərdə Azərbaycan mətbuatında çox cəsarətli yazılar, məqalələr dərc edilirdi. Bəzi hallarda bu yazılar Sovet İttifaqının rəhbərliyi tərəfindən çox böyük tənqidlə qarşılanırdı. İndi biz hamımız yaxşı bilirik ki, başqa müttəfiq respublikalarla müqayisədə Azərbaycanda heç vaxt dissident hərəkatı olmamışdır. Ona görə olmamışdır ki, burada ayrı fikirdə olan insanlara, milli ruhun tərbiyə olunmasında mühüm işlər görmüş insanlara rəhbərlik tərəfindən həmişə böyük qayğı və diqqət göstərilmişdir. Ona görə də Azərbaycanda belə insanlardan heç biri nə həbs edilmiş, nə də təqib olunmuşdur. Belə meyillər var idi, cəmiyyətdə bu əhval-ruhiyyə var idi. Şübhəsiz ki, sadəcə olaraq, Heydər Əliyevin milli dəyərlərə olan bağlılığı, münasibəti ideoloji dəyərlərə olan münasibətindən qat-qat yüksək idi.

Azərbaycanın müstəqil mətbuatı, demək olar ki, müstəqilliyimiz bərpa olunandan sonra, yaxud da ondan bir qədər əvvəl yaranmağa başladı. Bu da çox maraqlı və əhəmiyyətli bir proses idi. Həmin proses bu gündə davam edir. Sovet İttifaqının dağılması və ondan əvvəlki dövr, milli hərəkatın güclənməsi, Azərbaycan xalqının birləşməsi və milli həmrəyliyin nümayişi, əlbəttə, bizim mətbuatımıza da güclü təsir göstərirdi. Bəzi hallarda bizim yeni yaranan mətbuat bu işdə aparıcı rol oynayırdı. Milli hərəkatın yaranmasında Azərbaycanın mətbuatı, azad mətbuatın rolu çox yüksək olub və biz bunu həmişə yadda saxlamalıyıq.

O dövr üçün söz azadlığı bir yenilik idi. Şübhəsiz ki, insanlar o söz azadlığına hələ öyrəşməmişdilər. Hər bir tənqidi yazı, məqalə böyük maraq doğururdu. Biz hamımız xatırlayırıq ki, o illərdə, 1990-cı illərin əvvəllərində qəzet köşklərində böyük növbələr yaranırdı, hamı istəyirdi ki, qəzetləri alsın, oxusun. Bu, ümumi bir ənənə idi. Təbii ki, vaxt keçdikcə bu maraq da azalır və bu da təbiidir. Ancaq bu gün Azərbaycan jurnalistikası, hesab edirəm ki, öz yeni dövrünü yaşayır.

Bu gün Azərbaycanda, sözün əsil mənasında, müstəqil mətbuata böyük ehtiyac var. Azərbaycanda mətbuatın müstəqilliyi cəmiyyətin sifarişidir. Mən hesab edirəm ki, mətbu orqanlar bəzi siyasi dairələrin təsirindən çıxmalıdır və sözün əsil mənasında müstəqil olmalıdır. Biz çox şeyi Avropadan öyrənirik, Avropaya inteqrasiya edirik və bu, bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Hesab edirəm ki, bu sahədə də öyrənməyə ehtiyac var.

Bu gün Azərbaycanda mətbuat azadlığı, söz azadlığı var. Azərbaycanda senzura 1998-ci ildə aradan götürülmüşdür. 1992-ci ildə tətbiq olunan senzura 1998-ci ildə Heydər Əliyev tərəfindən ləğv edildi. 1990-cı illərin əvvəllərində mətbuata qarşı dözümsüzlük halları kifayət qədər çox idi. Bəzi vəzifəli şəxslərin əsəbləri dözmürdü. Yəqin ki, bu, bütün dövrlərə aid olan məsələdir.

Ona görə mətbuata diqqət, qayğı göstərmək hər bir vəzifəli şəxsin borcudur və vəzifəsidir. Hər bir vəzifəli şəxs, xüsusilə böyük səlahiyyətlərə malik olan şəxs gərək dözümlü olsun, tənqidə dözümlü olsun. Bəzi hallarda təhqirə də dözümlü olmalıdır. Bu da dövrün əlamətidir. Bu da ötüb keçəcəkdir. Mən şübhə etmirəm ki, bu gün Azərbaycanda formalaşan güclü mətbuat bir neçə ildən sonra keyfiyyətcə daha da yüksək səviyyəyə çatacaqdır. Prezident kimi mən öz fəaliyyətimdə bu prinsipləri rəhbər tuturam. Bilirsiniz ki, məmurlara, vəzifəli şəxslərə dəfələrlə tövsiyə etmişəm ki, mətbuatı məhkəməyə verməsinlər, çalışsınlar ki, mətbuatla sıx əlaqədə olsunlar.

Azərbaycanda bu gün böyük işlər görülür. Həm xarici siyasətdə uğurlar var, həm də daxildə iqtisadi inkişaf çox yüksək sürətlə gedir. Əlbəttə, biz çalışmalıyıq ki, görülən bütün işlər haqqında cəmiyyətimizə dolğun məlumat çatdıraq. Eyni zamanda, mövcud olan problemləri də tam şəkildə diqqətə çatdıraq. Mətbuatda gedən tənqidi materiallar mənim fəaliyyətimə də köməkdir. Mən bəzi şeyləri belə verilişlərdən, məqalələrdən götürürəm. Bu, çox önəmlidir. İqtidarla mətbuat arasında daim əlaqə, ünsiyyət olmalıdır. Mən bununla demək istəmirəm ki, bu əlaqə daim çox xoş olmalıdır, yaxud da müsbət olmalıdır. Yox. Amma bu, olmalıdır.

Biz hamımız, Azərbaycan vətəndaşları çalışmalıyıq ki, ölkəmiz daha da güclənsin, daha da müasirləşsin. Azərbaycanda dünyada mövcud olan ən yüksək texnologiyalar tətbiq olunsun, o cümlədən ictimai həyatda da. Ona görə bəzi tənqidi yazılar, gərək o yazıların personajlarını qıcıqlandırmasın və biz bu dözümlülüyü gərək nümayiş etdirək.

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli bizim hamımızı çox sarsıtdı. Bu, Azərbaycanın demokratik inkişafına vurulmuş zərbə idi. Biz hamımız çalışmalıyıq ki, bu cinayət tezliklə açılsın və cinayəti törətmiş insanlar məsuliyyətə cəlb olunsunlar. Ən önəmlisi budur ki, bu cinayəti sifariş edən qüvvələr ifşa olunsun. Bu istiqamətdə hüquq mühafizə orqanları çox gərgin işləyirlər. Artıq ilkin məlumatlar var və ictimaiyyət bu barədə məlumatlandırılır. Ümid edirəm ki, bu cinayətin üstü açılacaqdır. Bu, bizim hamımız üçün lazımdır. Təkcə Elmar Hüseynovun ailə üzvlərinə, yaxud da onun qohumlarına, dostlarına, həmkarlarına yox, bizim cəmiyyətimizə lazımdır. Bu ləkə Azərbaycanın üzərindən götürülməlidir və biz çalışacağıq ki, bu cinayət tezliklə açılsın.

Bu gün mətbuat, eyni zamanda, təbliğat funksiyasını daşıyır. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan uzun müddət informasiya blokadasında idi və bizim əleyhimizə dünyanın ən güclü lobbilərindən biri - erməni lobbisi mütəmadi qaydada işləyir və bizim gördüyümüz bütün işlərə ləkə vurmaq istəyir, onda mətbuatın təbliğat funksiyası daha da güclənməlidir.

Bu gün Ermənistan Azərbaycana bütün sahələrdə uduzur. Bizim siyasi, diplomatik səylərimiz nəticə verir. Danışıqlar prosesində bizi qane edən meyillər görünməkdədir. İqtisadi inkişaf baxımından ümumiyyətlə, müqayisə ediləsi deyil. Həmçinin gələcək perspektivlər baxımından müqayisə ediləsi deyil. Belə olan halda, erməni təbliğatının gündəliyinə yeni bir mövzu düşübdür: Azərbaycanı qeyri-demokratik ölkə kimi dünyaya təqdim etmək, Azərbaycanı ləkələmək və nəticə etibarilə dünya birliyinə, dünya ictimaiyyətinə sübut etmək ki, ermənilər belə “antidemokratik”, “avtoritar” dövlətdə yaşaya bilməzlər. Bu, tamamilə yanlış bir tezisdir və bunun səbəbi də aydındır. Biz gərək buna qarşı mübarizə aparaq. Biz Ermənistanın təbliğatı ilə daim mübarizə aparırıq. Beynəlxalq təşkilatlarda, bütün beynəlxalq forumlarda öz sözümüzü deyirik və artıq bunun nəticələri də göz qabağındadır. Beynəlxalq təşkilatların qərarları artıq reallığı əks etdirir. Amma mətbuatın gücü tamamilə başqadır. Ona görə bizim mətbuatımızın internet vasitəsilə dünya birliyinə ingilis dilində, başqa dillərdə həqiqəti çatdırması çox önəmlidir. Onu da bilirik ki, Azərbaycanda dərc olunan məqalələr Ermənistanda böyük diqqətlə izlənilir və biz düşmənə imkan verməməliyik ki, orada Azərbaycan haqqında yanlış təsəvvür yaransın.

Mən ümid edirəm ki, gələcəkdə milli mətbuatımız daha da inkişaf edəcək, dövlət, hökumət tərəfindən lazımi tədbirlər görüləcəkdir. Siz bilirsiniz ki, öndərimiz Heydər Əliyev mətbuata daim böyük diqqətlə yanaşırdı. Mətbuatın maddi-texniki bazasının möhkəmlənməsinə, ümumiyyətlə, mətbuata qayğısı həmişə hiss olunurdu. Mən çalışıram ki, öz tərəfimdən bunu davam etdirim. İndi nə dərəcədə müvəffəq olmuşam, bunu demək mənim üçün çətindir. Amma istəyirəm biləsiniz ki, heç bir fərq qoymadan, mənim mətbuata münasibətim çox müsbətdir. İstər iqtidar mətbuatı olsun, istər müxalifət mətbuatı olsun, istərsə də müstəqil mətbuat olsun - bu, bizim mətbuatımızdır. Bu, Azərbaycanın demokratik inkişafına çox böyük töhfədir.

Yenə də deyirəm, bəzi məqalələr kimisə narazı sala bilər, kiminsə şərəf və ləyaqətini alçalda bilər. Əlbəttə, hər bir insanın qəlbi var, ürəyi var, duyğuları var. Amma biz bilməliyik ki, əgər demokratik cəmiyyət, ölkə yaratmaq istəyiriksə, bu mərhələdən də keçməliyik. Ümid edirəm ki, bu mərhələ çox çəkməyəcək və mətbuatımız dünya standartlarına cavab verəcəkdir.

Əziz dostlar, bu bayram münasibətilə sizi bir daha ürəkdən təbrik etmək istəyirəm. Sizə cansağlığı, uğurlar diləyirəm. Sağ olun.

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə alqışlarla qarşılandı).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO