AZƏRBAYCAN MİKROMALİYYƏ ASSOSİASİYASININ ÜZVLƏRİ ƏHALİNİN AZTƏMİNATLI TƏBƏQƏSİNƏ KÖMƏYİ GÜCLƏNDİRİR
Assosiasiyanın sədri Çingiz Məmmədov AZƏRTAC-ın müxbirinə demişdir ki, bu birliyə daxil olan mikromaliyyə qurumları Azərbaycanın 58 rayonunda 40 mindən çox fiziki şəxsə xidmət göstərir. İndiyədək əhalinin yoxsul təbəqəsinə 100 milyon ABŞ dollarından çox kredit verilmişdir. Bu, Azərbaycanda yoxsulluqla mübarizə aparmaqla yanaşı, kiçik və orta sahibkarlığın da inkişafına kömək edir.
Bizim iş üslubumuzun əsas xüsusiyyəti odur ki, mikromaliyyə qurumları, banklardan fərqli olaraq, əhalinin yoxsul təbəqəsinə kreditləri əsasən girov qoymaqla deyil, qrup həmrəyliyini nəzərə almarla verir. Yəni, girov qoymağa elə bir sərvəti olmayan insanlar həmrəylik qrupunda birləşərək kollektiv zəmanətlə kredit ala bilirlər.