AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ MÜŞAVİRİ VƏZİFƏSİNİN TƏSİS EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Milli Elmlər Akademiyasının təklifini nəzərə alaraq, Azərbaycanın nüfuzlu elmi məktəblərinin qorunub saxlanılması və elmi kadrların yetişdirilməsi işinin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyasında yuxarı say həddi 10 nəfərdən çox olmamaqla, Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri vəzifəsi təsis edilsin.
2. Azərbaycan Milli Elmlər Akademiyasının müşavirlərinin aylıq vəzifə maaşları 600 manat məbləğində müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 aprel 2007-ci il.