Azərbaycan milli komandasının heyətinə yeni cüdoçular cəlb olunub
Bakı, 1 may, AZƏRTAC
Azərbaycanın qadınlardan ibarət cüdo üzrə milli komandasının heyəti gücləndirilib.
AZƏRTAC xəbər verir ki, bundan sonra monqolustanlı cüdoçular Erdenebat Bazarraqça (48 kq), Purevsuren Buyanxişiq (52 kq), Munxtsedev İçinxorlu (57 kq) və ukraynalı İrina Kindzerska (78 kq-dan yuxarı) millimizin şərəfini qoruyacaqlar.
Azərbaycan Cüdo Federasiyasında yığma komandamızın yeni üzvləri ilə görüş keçirilib. Federasiyanın vitse-prezidenti Sadıq Sadıqov cüdoçulara qarşıdakı İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq yarışlarda uğurlar arzulayıb. Bildirilib ki, milli komandamızın heyətinə yeni cüdoçuların cəlb olunması ölkəmizdə qadın cüdosunun da inkişafına təkan verəcək.