Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi: Qalib psixologiyası formalaşdırmalıyıq

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi: Qalib psixologiyası formalaşdırmalıyıq

Bakı, 13 avqust, AZƏRTAC

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi “CBC Sport” televiziya kanalında yayımlanan “Təkbətək” verilişinin qonağı olub.

AZƏRTAC AFFA-ya istinadla baş məşqçi ilə söhbəti qısa ixtisarla təqdim edir:

- Bakı və Azərbaycanda ilk təəssüratlarınız necədir?

- Bakıda ilk dəfə 5-6 il əvvəl olmuşam. “Qarabağ”ın oyununa baxmaq üçün gəlmişdim. O zaman Ansi Aqolli və Admir Teli orada çıxış edirdi. Dərhal fərqinə vardım ki, çox gözəl şəhərdir. Yaşamaq üçün hər cür şərait var. Şəhər məni yaxşı mənada çox təsirləndirdi.

- Azərbaycana gəldiyiniz gün dərhal yoxlama oyununa gedib baxdınız. Maraqlı nə gördünüz?

- Əvvəlcə “Sabah” - “Qəbələ", ertəsi gün isə “Sabah” - “Qarabağ” oyunlarına baxdım. Bu, futbolçuları daha yaxşı tanımaq baxımından vacibdir. Onlarla hələ şəxsən tanış deyiləm, amma köməkçilərimlə birgə “Wyscout” vasitəsilə milli komandanın bütün oyunlarını izləmişik, hərtərəfli analiz etmişik. İndi artıq daha yaxından baxıb komandanı anlamağa ehtiyac var. “Sabah” - “Qarabağ” oyunu çox maraqlı keçdi. Hər iki komanda keyfiyyətlidir. “Qarabağ” qələbə qazandı, lakin hər iki tərəf yaxşı futbol göstərdi.

- Azərbaycan millisini çalışdırmaq təklifi gələndə ilk olaraq, kiminlə məsləhətləşdiniz. Sabiq kapitanınız Ansi Aqolli sizə nələr danışdı?

- Onu deyim ki, bir neçə il əvvəl AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla Parisdə tanış olmuşduq. Bir-birimizi çox gözəl başa düşdük. O zaman mən Albaniya millisini çalışdırırdım. Azərbaycan millisindən təklif gələn kimi Ansi ilə söhbətləşdim. O mənə oğlum, kiçik qardaşım kimidir. Azərbaycan reallıqlarından mənə çox danışdı. Burada 9 il oynadığı üçün Azərbaycan futbol sahəsinə çox yaxşı bələddir. İnformasiya mənasında Aqollidən eşitdiklərim mənim üçün çox faydalı oldu.

- Siz Roberto Bordindən sonra Azərbaycanda çalışan ikinci italyan baş məşqçisiniz. Onu tanıyırsız?

- Bəli, “Neftçi”də işləyib. “Neftçi”ni çalışdırdı və açıq demək lazımdır, Azərbaycan macərası o qədər uğurlu alınmadı. Bəzən istədiyini həyata keçirmək, yaxud potensialını tam açmaq üçün ixtiyarında lazımi şərait olmur. Xaricdə işləmək üçün ağıllı, xarakter mənasında elastik olmaq vacibdir. Ölkənin, xalqın və çalışdırdığın komandanın ruhunun, fəlsəfəsinin dərinliklərini anlamaq lazımdır. Bura gəlib, “mən italyanam, məşqçiyəm, indi sizə hər şeyi öyrədəcəyəm” deyə bilməzsən. Balansı qorumaq, ağıllı olmaq və əlindəki futbolçuların potensialını maksimum açmaq üçün çalışmalısan.

- Ümumiyyətlə, xaricdə işləmək asan deyil. Sizin çox da yaxşı tanımadığınız ölkəyə gələrkən hansısa narahatlığınız varmı?

- Albaniya mənim üçün ilk xarici təcrübələrdən biri idi. Özü də elə bir ölkə idi ki, Avropa çempionatının final mərhələsinə getmək ağıllarından belə keçmirdi. Amma həyatda belə şeylərə inanmaq, ümidlə yaşamaq lazımdır. Hər şeydən əvvəl inanmalısan, inanmırsansa, heç nə qazanmayacaqsan. Burada da qalib psixologiyası formalaşdırmalıyıq. Qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün var-gücümüzlə çalışmalıyıq. Əvvəlcə daxilimizdəki o gücü tapmalı, sonra onu meydana daşımalıyıq.

- Azərbaycan və İtaliya - hər ikisi cənub ölkəsidir, bənzər mentalitetimiz var. Bir çox bənzərliklərimiz, hətta eyniliklərimiz var. Necə düşünürsünüz, bu cür məqamlar sizə işinizdə kömək olacaqmı?

- Futbolçu kimi Palermoda oynamışam. İtaliyanın ən cənubu. Özüm ölkənin şimalındanam, Venesiyanın yaxınlığında yaşayıram. Şimalla cənub arasında mental fərqlər var. Əvvəl də dediyim kimi, mütləq bu mentaliteti anlamaq, açıqfikirli olmaq lazımdır. Düşünürəm ki, hər bir insanın ürəyinin dərinliyində həyatda bir iz qoymaq istəyi, arzusu var. Mən əvvəlcə futbolçularımın bu istəklərinin hansı səviyyədə olduğunu bilməliyəm. Ondan sonra artıq çalışacağıq. Alınar, ya alınmaz, bu başqa. Amma ürəkdəki istəyi tapıb ortaya çıxarmaq lazımdır.

Azərbaycan millisinin gələcək oyun üslubu barədə danışmaq istərdim. Hamımız anlayırıq ki, futbolçu potensialımız o qədər də geniş deyil. Milli ilə bir neçə əcnəbi məşqçi çalışıb. Foqtsun dönəmində komanda daha çox müdafiəmeyilli oyun göstərirdi, Prosineçki ilə isə daha çox hücuma eyilli. Nəticələr haradasa eyni idi. Bu haqda nə deyə bilərsiz?

- Əslində, Albaniya millisində işləyəndə məni də tənqid edirdilər. Düşünürdülər ki, müdafiəyönlü futbol göstəririk. Lakin o müddətdə vurduğumuz qolların sayı buraxdıqlarımızdan daha çox idi. Bu, çox vacibdir. Məğlubiyyətdən daha çox qələbə qazandıq. Bu da vacibdir. Və əsas məsələ: qarşımıza qoyduğumuz məqsədə çatdıq. Ümumiyyətlə, bir şey deyim: təsəvvür edin ki, Formula 1 pilotu Luis Hamiltonun avtomobilini idarə edirsiniz. İstənilən halda, finişə birinci çatacaqsınız. Amma - italyan olduğum üçün bunu xüsusi hüznlə deyirəm - məsələn, bugünkü “Ferrari”ni sürürsünüzsə, yəqin ki, birinci olmayacaqsınız. Lakin buna cəhd edəcəksiniz. Bəzi şeyləri yaxşılaşdırmaq istəyəcəksiniz. Mənim düşüncəmə görə, təcrübə ilə yanaşı, futbolçularımın istəkli olması vacibdir. Kifayətlənmək olmaz. 20, 30 yaşında artıq hər şeyə nail olduğunu düşünsən, bu, sonun başlanğıcı olacaq.

- Həm Albaniya, həm də Azərbaycan, açıq demək lazımdır ki, məhdud futbol resurslarına malik ölkədir. A Seriyasından, yüksək səviyyəli futbolçuların forma geydiyi Udinezedən, Torinodan sonra bu cür yerlərdə işləmək çətin deyil ki?

- Çətindir, əlbəttə. Şərtlərə və vəziyyətə uyğunlaşmaq lazımdır. Kimsə “Real”, Belçika, İngiltərə millisini çalışdırmaq istəyir. Mən isə Azərbaycan millisinin baş məşqçisiyəm. Və bundan məmnunam. Bu komandanı mümkün qədər yüksəyə qaldırmaq üçün bütün bilik və bacarığımı göstərməyə hazıram. Azərbaycanın reytinqdə yüksəlməsini, uğur qazanmasını istəyirəm. Bunu tək edə bilmərəm. Birlik lazımdır. Oyunçularımla yanaşı, hər kəsin yardım əlini uzatmasına ehtiyac var. Toya getmək asandır, yasa getmək isə yox. Çalışıb yaxşı oynamalıyıq ki, küçəmizdə hər zaman bayram olsun. Dəstəksiz bunu eləmək mümkün deyil.

- Albaniyadan sonra, səhv eləmirəmsə, 3 ay “Alaves”də işlədiniz. Amma oranı uğurlu təcrübə adlandırmaq çətindir...

- Yox. Öz səhvim idi. O komandaya getməklə səhvə yol verdim. Çox yanlış dəyərləndirmə elədim. Özü də yaşıma və təcrübəmə yaraşmayacaq tərzdə. Amma istənilən halda dostum, “Alaves”in idman direktoru Serxio Fernandesə ürəkdən təşəkkür etmək istəyirəm. Çox gözəl insan, yüksək səviyyəli peşəkardır. “Real”da, “Barselona”da belə işləməyə layiqdir. O mənə yardım əli uzatdı, amma rəhbərlik fəaliyyətimdən çox da razı deyildi. Beləcə, əməkdaşlığımız uzun alınmadı.

- Və 3 il işsiz qaldınız...

- 100-də 100 öz seçimim. A Seriyasında çalışmaq imkanım var idi. SPAL məni iki dəfə dəvət eləmişdi. Bir neçə adını çəkmək istəmədiyim digər komanda da. Amma şərtlər ürəyimcə olmamışdı. Xoşuma gəlməyən yerdə işləmək üçün riskə getmədim. Sonradan istefaya göndərilməmək üçün. Heç vaxt qovulmamışam, onda da qovulmaq istəmirdim.

- Deməli, daha çox milli komandaları çalışdırmaq xoşunuza gəlir?

- Mənim daha çox qələbə qazanmaqdan xoşum gəlir.

- Azərbaycan millisindən fərqli olaraq, Albaniyanın bir çox futbolçusu ölkə xaricində, o cümlədən A Seriyasında oyun təcrübəsinə malik idi. Amma bizdə çətinliklər var, belə oyunçular çox deyil. Üstəlik, albanlar italyanca danışa bilirlər, təxminən bizim rusca danışdığımız kimi. Biz isə italyanca bilmirik. Və...

- Problemdirmi bu?

- Bəli...

- Düşünmürəm ki, problemdir. Ümumiyyətlə, dil, ünsiyyət çətinliyimiz olmayacaq. Bunlar öhdəsindən gəlinəcək şeylərdir. İtaliyada yaşamış azərbaycanlı əla tərcüməçim var. O, mənə çox kömək olacaq. Digər tərəfdən, futbolun dili birdir. Futbolun dili top və meydandır. Orada hər şey beynəlmiləldir. Fikrimcə, indiki halda əsas problem mənim futbolçularımdan nə istədiyimi onlara çatdıra bilməyimdir. Onlardan nə istəyə bilərəm? Maksimal əzmkarlıq, maksimum istək, komandada özünü hamıdan yüksəkdə tutaraq, problem yaratmamaq. Mənim komandamda “mən” yoxdur, “biz” varıq. “Mən oynayıram”, “mən qələbə qazanıram” deyil “biz oynayırıq”, “biz qələbə qazanırıq”. Bax bu mentaliteti indidən növbəti oyunlar üçün futbolçulara aşılamalıyam.

- Bildiyim qədər, bir neçə albaniyalı futbolçu məhz sizin məsləhətlərinizlə İtaliya klublarına keçib.

- Bir neçə nəfər, hə.

- Bir neçə nəfər... Eyni şeyi Azərbaycanda eləmək mümkün olacaqmı, sizcə?

- Baxın, əsas problem odur ki, Azərbaycan Avropa Birliyindən kənarda olan ölkədir. Yəni bu cür ölkələrdən futbolçu alanda vakant yeri doldurmuş olursan. Düşünürəm ki, böyük dünya futbolunun bir parçası olan İtaliya futbolu və A Seriyasında əslində bu cür şeylərə çox da diqqət yetirmirlər, istər Avropa Birliyi olsun, istər kənarda. Məsələ diqqət mərkəzində olmaqdır. Bəli, bir çox albaniyalı futbolçuya əl uzatmışam, çünki İtaliya futbolunda bir çox insanla tanışam. Bəzi futbolçuları onlara məsləhət görmüşəm. Əslində mənim işim üçün də bu vacib idi. İtaliyada oynayan, italyan dilində danışan oyunçularla işləmək mənim üçün də asan olar. Əlbəttə, futbolçuların keyfiyyət olaraq artırmasını da qeyd eləmək lazımdır. İngilis, ispan, alman, italyan liqaları Avropa və dünya futbolunun zirvəsidir.

- Azərbaycan millisi ilə ilk oyununuz artıq sentyabrın 5-də Lüksemburqa qarşıdır. Ardınca, Kiprlə matç var. Azərbaycan Premyer Liqası avqustun 21-də başlayacaq. Hazırlaşmaq üçün 3 həftədən az vaxt qalacaq, üstəlik cəmi 1 tur oynanılacaq.

- Bilirəm... Bu problemdir, amma bunun üzərində xüsusi dayanmaq istəməzdim. Düzdür, komanda ilə daha əvvəl məşq eləmək imkanım olmayıb, lakin bu mənə maraqlı da deyil. Qarşılaşmaya hazırlaşmaq üçün 6-8 günüm olacaq, təlim-məşq toplanışına yığışacağıq. İşləyəcəyik və Lüksemburqu məğlub etməyə çalışacağıq. Bəlkə də bu komandanın adı möhkəmdən gəlmir, bizə çox şey demir. Amma heyətlərində çox maraqlı futbolçular var, uzun müddətdir birgə oynayırlar, məşqçiləri də bir neçə ildir işləyir. Çempionlar Liqasının finalına hazırlaşdığımız kimi hazırlaşacağıq.

- Lüksemburq və Kiprin son oyunlarını görmüsünüz?

- Görmüşəm... Kiprlə bir neçə il əvvəl oynamışıq, mən Albaniya millisində olanda. Lüksemburqu yaxınlarda izləmişəm. Analizlərimiz davam edir, bütün detallara diqqətlə yanaşırıq.

- Milli komandanın Millətlər Liqasında qarşısına qoyulan məqsəd nədir?

- Qələbə qazanmaq.

- İkiillik, 2022-ci il dünya çempionatının seçmə mərhələsinin sonunadək müqavilə bağlamısınız. Azərbaycan millisinin nəticəni bir kənara qoysaq, məqsədi nədir? Misal üçün, yaxşı oyun sərgiləmək...

- Mən gözəl oyundan çox nəticə haqqında düşünən məşqçiyəm. Hamıdan gözəl oynayıb, estetik futbol göstərib 0:1, 0:2 hesabı ilə uduzmaq mənə maraqlı deyil. Əlbəttə, gözəl futbolun əleyhinə deyiləm, amma çox pis də oynayıb qalib gələcəyiksə, bundan məmnun olaram. Bu gün bizi qələbə, yaxşı nəticə maraqlandırır. Döyüşmək, sürüşmə hərəkətləri eləmək, arxaya ötürmə vermək kimi məsələlərdən çəkinmərəm. Əsas olan qələbə qazanmağa kömək eləyən vasitələri aşkarlamaqdır.

- Bu komanda, bu futbolçularla dediyiniz məqsədlərə çatmaq, yaxşı nəticə göstərmək mümkündürmü, sizcə?

- Əlbəttə, mümkündür. Əgər 25 baş mənim fikirləşdiyim kimi fikirləşsə, alınacaq.

- Amma bu asan deyil...

- Baxın, ya bunu eləyirlər, ya da millidən gedirlər.

- Sonuncu sualı, icazənizlə, oxuyacağam, çünki sitatlar var: “Albaniya millisinə təyin olunanda demişdim ki, birgə Fransaya yollanacağıq. Onda hamı mənə dəli kimi baxdı”. “La Gazzetta dello Sport” isə sizin Azərbaycan millisinə təyinatınızla bağlı xəbərin başlığında isə belə yazmışdı: “De Byazi Albaniyadan sonra Azərbaycanda da möcüzə etməyə cəhd göstərəcək”. Bu möcüzəni reallaşdırmaq mümkündürmü?

- Sən, mən, burada olan hər kəs, Azərbaycanı sevən hər kəs inansa ki, həyatda hər şey mümkündür, alınacaq. Əgər bu səddi aşa bilməyəcəyik desək, onu doğrudan da aşa bilməyəcəyik. Əksinə, desək ki, bax o sədd var, onu keçməliyik, hamımız bunun üçün çalışsaq, futbolçular məşqçinin dediyinə qulaq assa, komanda yoldaşlarına yardım eləsə, əl uzatsa, öyrənərkən diqqətli olsalar, yekunda istədiyimiz yerə çatmaq daha asan olacaq və o səddi aşacağıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH