MƏDƏNİYYƏT
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə İndoneziyanın musiqi alətləri hədiyyə olunub
Bakı, 26 sentyabr, AZƏRTAC
İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fənani Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə İndoneziya milli musiqi alətləri olan anqklunq, qambanq, lodonq və digər musiqi alətləri hədiyyə edib.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Hüsnan Bəy Fənaniyə hədiyyələrə görə təşəkkürünü bildirib. Təqdim olunan musiqi alətləri muzeyin dünya xalqlarının musiqi alətləri kolleksiyasını daha da zənginləşdirəcəyi vurğulanıb.
Təqdimat mərasimində Əməkdar artist, pianoçu Adilə Əliyeva F.Şopenin əsərlərini ifa edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2024 [23:08]
“Xarıbülbül” festivalı Laçında konsert proqramı ilə başa çatıb
- 13.05.2024 [21:48]
Mayın 20-dən 26-dək II Bakı Müasir Musiqi Günləri keçiriləcək
- 13.05.2024 [21:26]
Mədəniyyət naziri maldivli həmkarı ilə görüşüb
- 13.05.2024 [13:30]
“Qarabağın incisi Şuşa” kitabı Bosniya və Herseqovinada nəşr olunub
- 13.05.2024 [12:38]
“Oyaq gözəl” tamaşası yenidən Kukla Teatrının səhnəsində
- 13.05.2024 [11:11]