Azərbaycan-NATO tərəfdaşlığının inkişaf perspektivləri müzakirə edilmişdir
Bakı, 8 iyul (AZƏRTAC). İyulun 8-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumata görə, Elmar Məmmədyarov Azərbaycanın NATO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirmiş, ölkəmizin Alyansın Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və Planlaşdırma və Analiz Prosesi kimi tərəfdaşlıq mexanizmlərində fəal iştirak etdiyini söyləmişdir. Nazir əlavə etmişdir ki, NATO ilə əməkdaşlıq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin islahatı prosesinə və orduda müasir standartların tətbiqinə töhfəsini vermişdir.
Ceyms Appaturay fəal tərəfdaş dövlət kimi Azərbaycanın NATO-nun Əfqanıstanda keçirilən əməliyyatına və beynəlxalq təhlükəsizliyə töhfəsinin Alyans tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırmışdır.
Görüşdə Azərbaycan ilə NATO arasında tərəfdaşlığın inkişaf perspektivləri və NATO-nun qarşıdan gələn Uels Zirvə toplantısının gündəliyində duran aktual məsələlər üzrə fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]