Azərbaycan-Nikaraqua əlaqələri müzakirə edilmişdir
Bakı, 9 iyul (AZƏRTAC, Ülviyyə Məmmədli). İyulun 9-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan nikaraqualı həmkarı Samuel Santos Lopez ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, Elmar Məmmədyarov bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyini qeyd etmiş, Azərbaycanın Latın Amerikası dövlətləri ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirmişdir.
Görüşdə ikitərəfli siyasi-iqtisadi əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və xarici işlər nazirlikləri arasında mütəmadi əsasda məsləhətləşmələrin keçirilməsinə dair fikir mübadiləsi aparılmışdır.
Nazir Samuel Santos Lopez Azərbaycanı Nikaraquaya sərmayələr yatırmağa dəvət etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]