AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ ESTONİYADA SƏFƏRDƏDİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın bir sıra nazirlik və idarələrinin əməkdaşlarından ibarət nümayəndə heyəti sentyabrın 4-dən Estoniyada səfərdədir. Məqsəd informasiya texnologiyaları sahəsində bu ölkənin təcrübəsi ilə tanış olmaqdır.
Səfər çərçivəsində qonaqlar Estoniyanın “elektron hökumət” və “elektron imza” layihələrinin həyata keçirilməsinə dair təcrübəsini öyrənirlər. Nümayəndə heyəti yüksək texnoloji zavodlar üçün ofis və istehsalat sahəsi olan innovasiyalı biznes-şəhərciklə, Kiberhücumlarla Mübarizə Mərkəzi ilə də tanış olmuşlar.
Səfər sentyabr ayının 7-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:01]
Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü
- 16.06.2026 [11:05]