Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Ordusu yeni taktiki yanaşmalarla minimum itkilərlə Füzuli şəhərini azad etdi – AÇIQLAMA

Azərbaycan Ordusu yeni taktiki yanaşmalarla minimum itkilərlə Füzuli şəhərini azad etdi –  AÇIQLAMA

Bakı, 17 oktyabr, AZƏRTAC

Vətən müharibəsində Füzuli rayonunun və digər yaşayış məntəqələrinin azad edilməsinin böyük strateji əhəmiyyəti vardı. Hələ Birinci Qarabağ savaşında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan uğurlu Horadiz əməliyyat aparılmışdı. O zaman Füzulinin 22 yaşayış məntəqəsi, o cümlədən Horadiz qəsəbəsi düşməndən azad edildi. Nəticədə Ermənistan tərəfi “Bişkek Protokolu”nu imzalamağa məcbur oldu və atəşkəs dövrü başladı. 1994-cü ilin mayında atəşkəs haqqında “Bişkek Protokolu” qüvvəyə minəndən 2020-ci il sentyabrın 27-dək olan müddətdə Azərbaycan Silahlı Qüvvələri formalaşdırıldı, peşəkar ordu quruculuğu istiqamətində ciddi islahatlar aparıldı. Görülən işlərin nəticəsidir ki, İkinci Qarabağ müharibəsində düşmən döyüş meydanında darmadağın edildi.

Azərbaycan Milli Ordusunun 1994-cü ildə keçirdiyi “Horadiz əməliyyatı” zamanı Horadiz qəsəbəsinin işğaldan azad olunmasında iştirak edən N saylı briqadanın komandiri olmuş, ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov AZƏRTAC-a açıqlamasında uğurlu Füzuli əməliyyatının bəzi məqamlarına toxunub.

Hərbi ekspert Şair Ramaldanov deyib ki, bir çox hərbi mütəxəssislər Vətən müharibəsində cənub istiqamətində Azərbaycan Ordusunun uğurunu 1994-cü ilin Horadiz əməliyyatının davamı kimi də qiymətləndirirlər. Çünki Birinci Qarabağ müharibəsində ordumuz qısa zamanda irəliləyərək 22 yaşayış məntəqəsini düşməndən təmizləmişdi. Vətən müharibəsində qısa müddətdə Cəbrayıl və Zəngilan kimi böyük rayonlarımız düşməndən azad olundu. Hətta “Böyük Qayıdış”ın ilk addımlarından olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi məhz 1994-cü ildə Horadiz əməliyyatı zamanı igid əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində azad edilmişdi. 2016-cı ilin Aprel döyüşləri zamanı isə Lələtəpə yüksəkliyi düşməndən təmizləndikdən sonra həmin kəndin təhlükəsizliyi təmin edildi. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı gördüyü işlər və ora əhalinin qayıtması “Böyük Qayıdış”ın ilk addımları kimi xalqımız tərəfindən yüksək qiymətləndirilirdi.

“Füzuli rayonu cənub istiqamətində ən böyük şəhərlərdən biri idi, həm də rayonun strateji əhəmiyyətinə görə orada düşmən çox güclü mühəndis-istehkam qurğuları yaratmışdı. Rayonun azad edilməsi üçün əvvəlcə Cəbrayıl şəhərini, sonra isə Hadrutu, daha sonra isə Füzuli ətrafındakı geniş yol qovşağı nəzərə alınaraq uğurlu əməliyyat aparılıb. Bu əməliyyat zamanı şəhidlərimiz, yaralılarımız olsa da, Füzuli şəhərinin azad olunması zamanı itkilər demək olar ki, minimum endirildi. İtkiləri minimuma endirən amillərdən ən əsası Prezident İlham Əliyevin ordu quruculuğundakı müasir prinsipləridir. Yəni Azərbaycan Ordusu son nəsil tələblərə cavab verən silahlarla təmin olunmuşdu. Bu silahlar dəqiq vurma imkanları ilə seçilir və onlarla bağlı çoxsaylı videomateriallar mediada nümayiş olunur. Bu materiallardan da görünür ki, yeni Azərbaycan Ordusu həmin o silahlardan istifadə edərək müqavimət göstərən düşmənin müdafiəsini dəqiq atəş vasitələri ilə sıradan çıxarıb. Bu isə Silahlı Qüvvələrimizin düşmənin həmin istiqamətdə müdafiəsini yarıb uğurlu əməliyyat həyata keçirməsinə imkan vermişdir”, - deyə ehtiyatda olan polkovnik söyləyib.

Ş.Ramaldanovun sözlərinə görə, xüsusən də məhz müasir silahların tətbiqi nəticəsində Ordumuz düşmənə maksimum zərbə endirərək bölmələrimizin şəxsi heyəti arasında itkilərin minimuma endirilməsinə nail olundu. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində minimum itkilərlə apardığı hərbi əməliyyat təcrübəsi hazırda ən böyük silahlı qüvvələri olan dövlətlərdə, hərbi məktəb və akademiyalarda nümunə kimi öyrənilir. Köhnə texnika ilə silahlanmış işğalçı ermənilər Azərbaycanın müasir silahlarının və texnikalarının qarşısında aciz qaldı. Bu yeni taktiki yanaşmalar nəticəsində Azərbaycan minimum itkilərlə Füzuli şəhərini və onun yaşayış məntəqələrini düşməndən azad etməyə nail olmuşdu.

“Bir zamanlar tariximizdə müxtəlif rayon və yaşayış məntəqələrimizin düşmən tərəfindən işğal olunduğunu xatırladırdıq. Prezident, Müzəffər Ali Baş Komandanın bilavasitə rəhbərliyi ilə İkinci Qarabağ savaşında Ordumuzun apardığı uğurlu əməliyyat nəticəsində Azərbaycan müharibədə şanlı və tarixi Qələbə qazandı. İndi Füzulinin azad olunmasının üçüncü ildönümünü məhz Ali Baş Komandan İlham Əliyevin 20 illik Prezident fəaliyyəti ilə eyni vaxtda qeyd edirik.

Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu müasirlik prinsipini rəhbər tutaraq yeni silahlarla və texnikalarla təchiz olunmağa davam edir. Təsadüfi deyil ki, Ordumuz qısa zamanda dünyanın 50 ən güclü silahlı qüvvələri arasında yer tutmağı bacarıb”, - deyə Qarabağ müharibəsi veteranı vurğulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib