AZƏRBAYCAN PAUERLİFTİNQÇİLƏRİ AVROPA KUBOKU UĞRUNDA YARIŞLARDA UĞURLA ÇIXIŞ ETMİŞLƏR
13 ölkədən 500-ə yaxın atletin iştirak etdiyi yarışlarda Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti, baş məşqçi Ələddin Əliyevin rəhbərliyi ilə 8 idmançımızdan 7-si mükafata layiq görülmüşdür. Dördqat Avropa çempionu, dünya çempionatının gümüş medalçısı Rüfət Ağayev (125 kq) üç hərəkətin cəmində qaldırdığı ağırlığın çəkisinə görə (955 kq) birinci yeri tutaraq, kuboka sahib olmuşdur. Qitə çempionatının mükafatçısı Rüstəm Musayev (67 kq) isə ikinci (550 kq) yerə çıxmışdır.
Rüfət Ağayev bu nəticəyə görə noyabrın 15-20-də Nyu-Yorkda peşəkar pauerliftinqçilər arasında keçiriləcək dünya çempionatına vəsiqə qazanmışdır.
Azərbaycan çempionları Zamir Məmmədov (67 kq) bir hərəkətdə qaldırdığı ağırlığın çəkisinə görə birinci (130,5 kq), Bayram Əliyev (75 kq) birinci (185 kq), Sərxan Əliyev (75 kq) ikinci (180 kq), Avropa və dünya çempionu Vüsal Mərdanov (100 kq) birinci (267,5 kq), dördqat Avropa çempionu İbrahim İbrahimov (100 kq) üçüncü (255 kq) yeri tutmuşdur. İdmançılara kubok və qiymətli hədiyyələr verilmişdir. Komanda hesabında isə Rusiya, Ukrayna və Azərbaycan yığmaları müvafiq olaraq 1-3-cü yerlərə çıxmışlar.
Xatırladaq ki, Azərbaycan idmançıları bu ilin mayında Fransada keçirilmiş Avropa çempionatından Vətənə 2 qızıl və bir bürünc medal gətirmişdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]