AZƏRBAYCAN PREZİDENTİ DƏVƏÇİ RAYONUNUN TURİZM İMKANLARI İLƏ MARAQLANMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 24-də respublikamızın şimal bölgəsinə səfəri çərçivəsində Dəvəçi rayonu ərazisində turizmin inkişafı ilə əlaqədar bir sıra ərazilərə baxmışdır.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov dövlətimizin başçısına dəniz sahilində, Dəvəçi limanında yerləşən ərazinin göstəriciləri barədə məruzə etdi.
Prezident İlham Əliyev burada turizmin inkişafı barədə tapşırıq və tövsiyələrini verdi.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dəniz sahilində kvadrosiklla gəzintiyə çıxdılar.
Daha sonra dövlətimizin başçısı və xanımı çay süfrəsinə qonaq oldular.