AZƏRBAYCAN PREZİDENTİ FAYSAL MƏSCİDİNİ ZİYARƏT ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasına rəsmi səfərinin sonuncu günü qardaş ölkənin ən böyük dini ocaqlarından olan Faysal məscidini ziyarət etmişdir.
Dövlətimizin başçısına paytaxt İslamabadda bu məscidin yaranması, fəaliyyəti barədə məlumat verildi və bildirildi ki, burada Qurani-Kərimin on minlərlə nüsxəsi, islama aid dəyərli materiallar toplanmışdır və qorunub saxlanılır. Dini mərasimlər zamanı eyni vaxtda minlərlə insanın namaz qılması, dua etməsi üçün şərait vardır.
Prezident İlham Əliyev məscidlə tanışlıqdan məmnunluğunu bildirdi.