AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ALMANİYANIN “DEUTSCHE WELLE” TELERADİO KANALINA MÜSAHİBƏ VERMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun üçün ayrılmış iqamətgahda - “Adlon Kempinski” mehmanxanasında Almaniyanın nüfuzlu “Deutsche Welle” televiziya və radio kanalına müsahibə vermişdir.